Qətl günü — Azərbaycan filmi.Vahid, T. Ölümdən əvvəl “Qətl günü”: [Görkəmli aktyor Hamlet Xanızadə haqqında] //Mədəniyyət.- 2011.- 4 fevral.- S. 11.
Məzmun Bu, film-xəbərdarlıqdır. Kinolent zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunmuşdur. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını, müqəddəslərini yad edəcək, bu günün mahiyyətini daha dərindən duya biləcəkdir.
Filmdə bütün hadisələr baş qəhrəmanın-xəstənin (Hamlet Xanızadə) taleyi ilə bilavasitə bağlıdır.
Film haqqında Film yazıçı Yusif Səmədoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 367. Kino əsəri 20 yanvar 1990-cı il Bakı faciəsi qurbanlarına ithaf edilmişdir. Film aktyor Hamlet Xanızadənin kinoda son işidir. Film aktyor Məmmədağa Məmmədovun kinoda son işidir. Filmin çəkilişlərinə Dərbənd şəhəri və Quba rayonu əhalisi kütləvi səhnələrdə köməklik göstərmişdir. Filmi 2-3 kəlmə ilə səciyyələndirəsi olsaq, məncə ən uğurlu ifadə kimi "assosiativ film" deyiminə üz tutmaq olar; əsərdə hadisələrin zaman ölçüləri çoxplanlı olsa da bu zaman- məkan rəngarəngliyi əslində vahid kateqoriya kimi çıxış edir: yəni zamanca bir-birindən uzaq dövrlərdə baş verən hadisələr təkcə oxşar cəhətləri ilə yox, həm də assosiativ formada təsəvvürün, xəyalın imkanları hüdudunda qovuşur. "Filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır. Elə bir incəsənətin ki, yandırıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır. Son illər respublikamızda baş verən dəhşətli hadisələrin ümumi mənzərəsi isə filmin "real" süjeti arasında "sərhəd" dirəkləri yoxdur. Bəlkə də bütün bunlar filmdə qaldırılan mənəvi problemlərin məntiqi davamıdır" (Gülbəniz Əzimzadə).
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Gülbəniz Əzimzadə Baş operator: Rafiq Quliyev Baş rəssam: Mayis Ağabəyov Quruluşçu rəssam: Əziz Məmmədov Bəstəkar: Aydın Əzim Kərimoğlu(Aydın Əzimov kimi) Səs operatoru: Tatyana Kərimova Rejissor: Rafiq Dadaşov, Fərid Hümbətov Operator: Sərvər Rəşidoğlu Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Geyim rəssamı: Vaqif Mustafayev Qrim rəssamı: Firuzə İsmayılova Montaj edən: Lidiya Vyalsova İşıq ustası: Əbdülnəsir Kutiyev Rejissor assistenti: Rahim Sadıqbəyli, C.Səlimov, Şahin Tələtoğlu Operator assistenti: Mixail Xarçenko, Nadir Mehdiyev, Eldar Məmmədov Montaj üzrə assistent: S.Əliyeva, N.Əliyeva Səsyazma texniki: N.Əliyev İnzibatçı: Həsən Tağıyev, İ.İsgəndərov, İlqar Əliyev Geyim: M.Umnova, Y.Polyanka Əlbəsəçi: G.Ələkbərova Təlimçi: R.Manafov Kaskadyor: A.Malışev, V.Derkaç, V.Badov Pirotexnik: Əlibala Məmmədov, V.Osadçi İşıqçı: V.Timeyko, A.Səmədov, M.Rəhimov Fotoqraf — rəssam: Natiq İbrahimov Rəng tərtibatçısı: V.İvançenko Çalır: Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Rauf Abdullayev Musiqi redaktoru: Rauf Əliyev Redaktor: Ramiz Fətəliyev, Ramiz Rövşən Şerlərin müəllifi: Vaqif Səmədoğlu Filmin direktoru: Sahib Quluzadə, Azər Quliyev Şerlərindən istifadə edilən şair: Molla Pənah Vaqif
Rollarda Hamlet Xanızadə — xəstə; Sədi Əfəndi; şair Eleonora Koriznayte — gavur qızı Maya; məhkum qadın Yaşar Nuri — Mahmud Ələddin Abbasov — Zülfüqar İbrahim Əliyev — hökmdar Zülfüqar Baratzadə — Hacə Ənvər Nəsir Sadıqzadə — Muxtar Kərimli Muxtar İbadov — Qəmbər Salahov Əbdül Mahmudov — Tatar Təmir Rahim Sadıqbəyli — Zülfüqar (gənc) İdris Rüstəmov — Üfləmə Qasım Zemfira Sadıqova — Zəminə Miron Fel — Berqman Məmmədağa Məmmədov — qonşu Məmmədkamal Kazımov — Vəzir Əminə Yusifqızı — Səlimə Səfurə İbrahimova — Sədi Əfəndinin arvadı Firəngiz Şərifova — nənə Şahin Tələtoğlu — Moşu Nuriyyə Əhmədova — Salatın Süleyman Əhmədov — Sarıca oğlu Məhəmməd Adil Zeynalov — Qulam Vahid Əliyev — kolxoz sədri Vahid Arif Kərimov — milis leytenantı Əhməd Əhmədov — heyvanxana nəzarətçisi Mayya İsgəndərova — A.Q.-nın arvadı Məmməd Əlili — saray əyanı F.Vəliyev — saray əyanı Rafiq Əliyev — saray əyanı Mayak Kərimov — saray əyanı Bəxtiyar Kərimov — saray əyanı T.Məmmədov — saray əyanı Zilli Namazov — saray əyanı S.İsgəndərov Əfrasiyab Məmmədov — natiq Əliqulu Səmədov — natiq Xəyyam Aslan — natiq Nadir Ağayev Rahib Əliyev Tərlan Babayev S Ələsgərov Ə.Sadıqov Sahib Quluzadə Murad Dadaşov Eldar İsrafilov Əşrəf Mamayev — saray əyanı Ağarəfi Rəhimov — iclas iştirakçısı Tofiq Bayramov — iclas iştirakçısı
Filmi səsləndirənlər Muxtar Avşarov — qonşu (Məmmədağa Məmmədov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Zibeydə (titrlərdə yoxdur) Fuad Poladov - xəstə;Sədi əfəndi;şair (Hamlet Xanızadə) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-363. “Ölümdən əvvəl "Qətl günü"” //Mədəniyyət.- 2011.- 4 fevral. “Ömrün son səhifəsi — "Qətl günü"” //Mədəniyyət.- 2011.- 21 iyul.
Xarici keçidlər Filmi izlə Qətl günü - Youtube
Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Sumqayıtda çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri