Katib Çələbi () və ya Mustafa ibn Abdullah () — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası.

Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur.

Həyatı Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur.

"Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir.

Əsərləri "Kəşfüz-Zünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir. "Cahannüma": Ən qədim Osmanlı coğrafiya kitabıdır. Xəritələri ilə birlikdə İbrahim Muteferrikanın mətbəəsində nəşr olunmuşdur. Bəzi Avropa dillərinə tərcümə edilmişdir. "Töhfətül-Kibar fi Əsfaril-Bihar": Dənizçilik tarixi baxımından önəmli bir əsərdir. Osmanlı dövləti zamanındakı dəniz müharibələrindən bəhs edir. "Təqvimüt-Təvarih": 1648-ci ilədək baş vermiş hadisələrin xronoloji izahından ibarətdir. Ərab və fars dillərində nəşr edilmişdir. "Fəzləkətüt-Təvarih": Bir müqəddimə, üç sübut və bir son sözdən ibarət olan bu əsər, varlıqların başlanğıcı, peyğəmbərlərin və hökmdarların tarixi barədə kitabdır. "Fəzləkə": "Fəzləkətüt-Təvarih"in davamı sayıla bilər. 1591-ci ildən 1654-cü ilə qədər baş vermiş hadisələrdən bəhs edir. 1879-cu ildə iki cilddə nəşr edilmişdir. "Qanunnamə" "Tarixi-Firəngi" "Tarixi-Kostantiniyyə və Qayasirə" "İrşadül-Hayafa ila Tarixül-Yunan vər-Rum" "Sülləmül-Vüsul ila Təbəqatil-Fuhul" "İhlamül-Müqəddəs" "Töhfətül-Əhfar fil-Hikəm vəl-Əmsal vəl-Əşar" "Dürəri-Müntəsira vəl-Gurəri-Müntəşirə" "Düsturül-Əməl fi İslahil-Halal" "Bəyzavi Təfsiri Şərhi" "Hüsnül-Hidayə" "Rəsmür-Rəcm bis-Sim vəəl-Cim" "Cəmiul-Mütun min Cüllil-Fünun" "Mizanül-Haqq fi İxtiyaril-Əhaq"

İstinadlar

Xarici keçidlər Katip Çelebi'nin Hayatı ve Eserleri Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:Biblioqraflar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri