Məhəmməd İqbal (, ; ) — Pakistan şairi, filosofu, siyasətçisi.
Həyatı Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra, ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir.
Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı.
1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq, izzət və şərəfə dəvətdir." idi.
Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur. Onun bu sahədə M. Akif Ərsoya bənzədilməsi də təsadüfi deyildir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat etmişdir.
Əsərləri Farsca Əsrari-Xodi (, "Öz Əsrarı", 1915) Rümuzi-Bixodi (, "Fədakarlıq Rümuzu", 1918) Pəyami-Məşriq (, "Şərqdən Xəbər", 1924) Zəburi-Əcəm (, 1927) Cavidnamə (, 1932) Pəs Çi Bayəd Kərd Ey Əqvami-Şərq (, 1936) Ərməğani-Hicaz (, 1938)
Urduca Bangi-Dəra (, 1924) Bali-Cibril (, "Cəbrayılın Qanadı", 1935) Zərbi-Kəlim (, 1936)
Mənbə Аникеев Н. П. Выдающийся мыслитель и поэт Мухаммад Икбал. — М., 1959. Гордон-Полонская Л. Р. Мусульманские течения в общественной мысли Индии и Пакистана. — М., 1963, гл. 7. Пригарина Н. И. Поэзия Мухаммада Икбала (1900–1924 гг.). — М., 1972. Пригарина Н. И. Поэтика творчества Мухаммада Икбала. — М., 1978 Творчество Мухаммада Икбала. Отв. ред. Пригарина Н. И. — М., 1982
İstinadlar
Xarici keçidlər
http://www.allamaiqbal.com http://www.iqbalcyberlibrary.net http://www.columbia.edu/itc/mealac/pritchett/00islamlinks/txt_iqbal_1930.html http://www.qantara.de/webcom/show_article.php/_c-478/_nr-302/i.html
Kateqoriya:Pakistan ədəbiyyatı Kateqoriya:Hindistan ədəbiyyatı Kateqoriya:Urdu dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Pakistan hərəkatının liderləri Kateqoriya:Hindistan şairləri Kateqoriya:Fars şairlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:İslam filosofları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Alimlər Kateqoriya:Pakistanın milli simvolları Kateqoriya:Hindistanda islam