Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır.

Toponimikası Oykonim "gur sulu bulaq" mənasındadır.

Tarixi XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır. 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir.

Coğrafiyası Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Göygöl rayonunun kəndləri