Avatar: Aanq haqqında əfsanə () və ya Avatar: sonuncu hava maqı () — ABŞ-də anime elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır.
Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır.
Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb. "Avatar: Aanq haqqında əfsanə" Annual Annie Awards, Genesis Awards mükafatlarında müxtəlif nominasiyalara təqdim olunmuş, Emmi mükafatına layiq görülmüşdür. "Nickelodeon" birinci seriyanın uğurundan sonra, 2-ci və 3-cüA third season consisting of twenty-one episodes began airing on September 21, 2007 seriyaları çəkmək qərarı verib. 2010-cu ildə serialın birinci sezonunun əsasında "Sonuncu hava maqı" adlı film çəkilmişdir. 2012-ci il aprelin 14-də "Nickelodeon" kanalında serialın davamı olan "Korra əfsanəsi" cizgi serialı yayımlanmağa başlanıb. 2024-cü ildə orijinalnan eyni adlı olan, qeyri-cizgi serial versiyasının birinci mövsümü Netflix tərəfindən buraxılıb.
Süjet Katara və Sokka buzdağıda 12 yaşında Aanq adlı oğlan tapırlar. Bu oğlan yüz illik müharibədə Od milləti tərəfindən məhv edilən Hava köçəriləri tayfasından olan hava maqıdır. Aanq aysberqdə yüz il donub qaldığı üçün müharibə haqqında heç nə bilmir. Bu onu şoka salır. O öz tayfasının axırıncı nümayəndəsi, axırıncı hava maqı və o cümlədən Avatardır. Avatarın bu dünyada missiyası — balansı saxlamaq və sülh yaratmaqdır. Ona görə də hava magiyasını bilən Aanq qalan üç ünsürün idarəetmə sənətini öyrənmək və müharibəyə son qoymaq üçün dünya səyahətinə çıxmaq və magiya müəllimləri tapmaq qərarına gəlir.
Serial kitab adlandırılan üç mövsümdan ibarətdir. Hər bir kitabda Avatar Aanq bir ünsürün idarəetmə sənətini öyrənir. Su və Torpaq kitablarının hər ikisi 20, Od kitabı isə 21 fəsil adlandırılan seriyadan ibarətdir.
Avatar kainatı
Dörd millət 300px|right|thumb|Dört millətin xəritəsi. Yuxarıdakı heroqliflərin (群雄四分) mənası: "qəhrəmanlar dördə bölürlər". Dörd millətin heroqlifləri: 水善 (Su Sülhsevər), 土強 (Torpaq Güclü), 火烈 (Od Qəddar) və 气和 (Hava Harmoniya). Aşağıdakı heroqliflərin (天下一匡) mənası: Səmanın altı (tyansya)
Avatar dünyasında yaşayan hər bir millətin bizim dünyada öz prototipi var. Cəmi dörd millət var: Su, Torpaq, Od və Hava.
30px Su Tayfası Su Tayfası iki yerə bölünür: şimal və cənub qütbünün tayfaları (onlardan başqa bir bataqlıqda kənarı dünya tərəfdən unudulmuş su magiya sənətini işlədən bir tayfa yaşayır). Su tayfasının görünüşü Sibirin və Kanadanın yerli xalqlarından götürülmüşdür.
30px Torpaq Krallığı Avatar kainatında ən böyük əraziyə sahib olan dövlət. Ölkənin görünüşü qədim Çindən yaradılmışdır. Paytaxtı Basingsei şəhəridir. Şəhər böyük qala divarları ilə əhatə olunmuşdur. Buda Çindəki Böyük Çin Səddini xatırladır.
30px Od Milləti Od milləti qərb arxipelaqında yerləşir. Millətin görünüşü samuraylar dövrünün Yaponiyasından götürülmüşdür. Od Ustadı Sozin torpaqlarını genişləndirmək üçün yüz ilə yaxın davam edən və Od Ölkəsində hakimiyyətdə olan sülalənin dörd nəslinin nümayəndələrinin dövrünə təsadüf edən müharibəni başlatdı.
30px Hava Köçəriləri Hava köçəriləri, nəsilləri kəsilməzdən əvvəl 4 əsas məbəddə yaşayırdılar: Cənub Hava Məbədi, Şimal Hava Məbədi, Qərb Hava Məbədi, Şərq Hava Məbədi. Serialda bu məbədlər xarabalıqlar kimi göstərilir. Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır.
Avatar 280px|thumb|Aanq keçmiş təcəssümlərinə baxır (Avatar dövrü)
"Avatar: Aanq haqqında əfsanə" serialında Avatar — insanda dörd ünsürün təcəssümüdür. Avatar öləndə o avatar dəyişmə dövrünə görə növbəti tayfada yenidən doğulur.
Avatar dəyişmə dövrünün ardıcıllığı belədir: Su Tayfası Torpaq Krallığı Od Milləti Hava Köçəriləri
Serialda avatar təcəssümü Aanqdır (sonuncu hava maqı).
Avatarın rolu Dörd millət arasında balansı saxlamaq. Müharibənin qarşısını almaq. Yaşayanların və ruhların dünyaları arasında birləşdirici bənd. O, meditasiya zamanı ruhların dünyasına keçə bilir və orada onlarla danışa, kömək və ya məsləhət istəyə bilir.
Avatar halı left|250px|thumb|Aanq Avatar halında
Avatar halı — Avatarın qısa müddətə xüsusi hala girməsi. Avatar halında onun bütün keçmiş təcəssümlərinin gücü onun içində birləşir. Bu halda Avatar çox güclüdür və o, ünsürləri şüuraltı səviyyədə nəzarətə alır. Həmçinin, Avatar halında o, ruhları bizim dünyaya çağıra və onların gücünü balansı pozmağa çalışanları və ya Avatarın həyatına təhlükə yaradanları məhv etmək üçün istifadə edə bilər.
Avatar halına keçmə hər hansı emosional sarsıntılar — qorxu, qəzəb, kədər zamanı baş verə bilir və bu an idarəolunmaz olur. Bu hala və ona keçməyə nəzarət etmək üçün Avatar bir neçə özünüdərk və özünütəmizləmə mərhələləri keçməlidir. O öz təəssüratları, qorxuları, şübhələri, emosiyaları, ehtirasları, onun içindəki harmoniyaya təsir edə bilən hər şeyi rədd etməlidir. Avatar halı Avatar ideyasının kvintessensiyasıdır, çünki bu zaman Avatarda onun bütün keçmiş təcəssümlərinin bilik və bacarıqları birləşir. Avatar halında Avatarın keçmiş təcəssümləri önə çıxa bilir. Məsələn, Aanq Avatar Roku məbədində onunla danışarkən Rokuya, Avatar Kioşinin geyimini geyinərək Kioşiyə dönmüşdü.
Avatar halında Avatarın çox güclü olmasına baxmayaraq, eyni zamanda bu hal onun ən böyük zəifliyidir. Əgər o, Avatar halında ölsə, Avatar dövrü bitəcək və daha yeni Avatar olmayacaq. Avatar hər zamankı halında ölsə, Avatar dövrünə görə yeni Avatar doğulacaq. Buna görə də Avatar halına keçmək çox çətindir və bunu edən riski və dünyanın qarşısındakı məsuliyyətini dərk etməlidir.
Avatar kainatının magiyası 250px|thumb|"Sozin Kometası: Sonuncu Döyüş" () seriyanın afişası. Avatar Aanq dörd magiyanı eyni vaxtda istifadə edir
Avatar kainatı magiya (), ruhlar və enerji ilə doludur. Hər tayfanın onun özünə aid ünsürünü idarə etmək bacarıqlarına sahib olan xüsusi nümayəndələri var. Onlar həyatları boyunca bu qabiliyyətlərini inkişaf etdirir, gücləndirir, bacarıqlarını təkmilləşdirirlər. Magiyanın dörd əsas növü var: Su, Torpaq, Od və Hava.
40px Su magiyası Su Magiyası () ruhları təbiətdə tarazlığı simvolizə edən Okean və Ayın qarşılıqlı əlaqəsinin nəticəsidir.
Hər bir canlı məxluqda Çi enerjisi var, Su maqları məhz onu istifadə edirlər. Əfsanələrə görə Su maqları Su magiyasını Aydan, onun qabarma və çəkilmələrə təsirinə baxa-baxa öyrəniblər. Ay Su maqlarının enerjisini çoxaldır. Ona görə Su maqları gecə daha güclüdürlər, tam ay vaxtı isə demək olar ki, məğlubedilməzdirlər. Su magiyasının bir tipi də Qan magiyasıdır. Bu magiya demək olar ki, işlənmir. Serialda bu magiyanı işlədən ancaq iki adam göstərilib və ikisi də onu ancaq tam ay olanda istifadə edə bilirdilər. Bu magiya insan bədəninin əsasən mayedən təşkil olunması və buna görə də Su maqlarının onları marionet kukla kimi idarə etməsinə əsaslanır.
40px Torpaq magiyası Torpaq Magiyasının () enerjisi məhz yerdən gəldiyinə görə, Torpaq Krallığının əhalisinin çoxu enerjisini daha yaxşı qorumaq üçün ayaqqabı geyinmir. Əfanələrdə deyilir ki, ilk Torpaq maqları torpağı və onun dəyişilməsini idarə edə bilən köstəbəkporsuqlardan öyrənmişdilər. Torpaq magiyasının bir növü Qum magiyasıdır. O əsasən səhralarda istifadə edilir. O biri növü isə Metal magiyasıdır (serialda bu magiyanı işlədən ancaq bir nəfər göstərilmişdir — Tof Bei Fong).
40px Od magiyası Od Magiyası () nəfəsdən gəlir. Od maqı olmaq istəyən şəxs əvvəlcə düzgün nəfəs almağı öyrənməlidir. Serialda deyilir ki, od maqlarının müəllimləri əjdahalar idilər. Od maqları magiya üçün enerjini Günəşdən alırlar.
40px Hava magiyası Hava maqları () rahiblər idilər. Onlar Hava Magiyasının köməyi ilə uça bilirdilər. Serialda deyilir ki, birinci hava maqları uçan bizonlar idilər.
Enerji magiyası left|140px|thumb|Enerji magiyası: Aanq Ozainin magiyasını alır
Enerji Magiyası () ünsürlər magiyaları bölünəndən və Avatardan əvvəl mövcud idi. Onun texnikaları barədə heç nə bilinmir. Aanqa Enerji Magiyasını şirtısbağa öyrətdi. Aanq Enerji Magiyasını Od Lordu Ozaya qarşı istifadə etdi və onun magiyasını aldı.
Bu magiyanın səmərəliliyi onu istifadə edən maqın ruhunun gücündən aslıdır. Enerji Magiyası istifadə edən maq onu ruhu daha güclü olan şəxsə qarşı istifadə etsə, o öz magiya praktikasının qurbanı ola bilər.
Yalnız doğurlu ağıl yalan və illüziyaların öhdəsindən gələ bilər. Yalnız doğurlu ürək nifrət zəhərinə dözə bilər. Zamanın əvvəlindən zülmət boşluqda çiçəklənirdi, lakin o həmişə təmiz işığın qarşısında geri çəkilir. Onu gözlə. O gələcək.
Ruhların magiyası Avatar kainatında Ruhlara aid olan Ruh Magiyası () var. Bu magiya həm real dünyada, həm də digər magiyaların heç birinin işləmədiyi ruh dünyasında istifadə edilə bilər. Müxtəlif ruhlar müxtəlif cür magiyadan istifadə edirlər. Məsələn, Hey Bay — Torpaq Krallığında bir meşənin ruhudur və o bu meşəni qoruyur, Kou ruhu isə "üzlərin oğrusu" adlandırılır. Bəzən ruhlar digər magiyaları da istifadə edə bilirlər. Məsələn, Van Şi Tonq (biliklər kitabxanasındakı böyük bayquş) deyir ki, Su Magiyasının bütün növlərini bilir, Tui və La isə (Okeanın və Ayın ruhları) Su Magiyasını yaradıblar, lakin Ruh Magiyası yalnız ruhlara aiddir və insanlar onu istifadə edə bilməz. Avatar real və ruhlar dünyası arasında "körpü" olduğuna görə o da bu magiyadan istifadə edə bilər.
İstehsalı
"Avatar: sonuncu hava maqı" adlı serialı Kaliforniya ştatın Berban şəhərində yerləşən Nickelodeon Animation Studios-da Maykl Dante DiMartino və Brayan Konietzko yaratdılar. Animasiya ilə bağlı işlər əsasən Cənubi Koreyanın üç studiyada aparılırdılar: JM Animation, DR Movie və Moi Animation. Brayan Konietzko dediyinə görə proqram 2001-ci ilin yazında duetın fikirinə düşdü. Konietzko dazlamağa başlayan ortayaşlı kişinin eskizi alıb və onu başında cavan oğlanı kimi təsəvvür etdi. Sonra o bu personajı göydə uçan bezonları oturarkən çəkdi və Maykl Dante DiMartinoya göstərdi. O vaxt DiMartino Cənub qütbdə duzdağda qalanlar tədqiqatçılar haqqında sənədli filmi çəkirdi.
Sadəcə iki həftə sonra yaradıcılar öz ideyanı Nickelodeon-un vise prezidentə və icraedici prodüserə Erik Koulmena göstərdilər.
"Avatar: Aanq haqqında əfsanə" serialını fərgləndirən şey — kainatı Şərgi Asiyanın incəsənətin və mifologiyanın əsasında yaradılmasıdır. Serialda olan yazıların çoxu Çin ənənəvi kalliqrafiyada yazılmışlar. Hər bir kaliqrafiya nümunəsi üçün müvafiq stil istifadə edilirdi. Layihənin mədəni müşavirləri Edvin Zeyn və kalliqraf Siu-Leung Lee idilər. Avatar kainatda olan magiyada istifadə edilən döyüş sənətlərin hərəkətləri Asiya filmlərin nüfüzündən gəliblər.
Mayknən mən "Legends & Lore" kimi, Harri Potter və Üzüklərin hökmdarı, epik sənət əsərləri ilə doğrudan da marağlanırdıq, amma bilirdik ki biz bu cür janra başqa bir yol tapmağa istəyirik. Yapon anime, Honkonq döyüş və kunq fu filmləri, yoqa və şərqi fəlsəfəçilər üçün sevgimiz bizi "Avatar: sonuncu hava maqı" üçün ilkin ilhamlara gətirdi
Bütün musiqini Ceremi Tsukerman və Benjamin Vinn yazmışdır. Onlar fon musiqini yaratmaq üçün quçjen, pipa, düdük və s. musiqi alətlərilə eksperimentlər aparırdılar.
Yayımlama Birinci tizer ictimaiyyətə ilk dəfə San Dieqoda keçirilən Comic-Con 2004 festivalda göstərilmişdi, efirə isə 2005-ci ilin fevralın 21-də çıxmışdır. İlk iki seriya ABŞ-də, birsaatlıq premyera şəkildə göstərilmişdi. İkinci, iyirmi seriyalı mövsüm 2006-cı ilin martın 17-dən dekabrın 1-nə qədər yayımlanmışdır. Üçüncü və sonuncu mövsüm 2007-ci ilin sentyabrın 21-də başlamış və onun, əvvəlki iki mövsümların kimi 20 seriya yox, 21 seriya var idi. Sonuncu dörd seriya ikisaatlı tammetrajlı film kimi göstərilmişdilər.