Vladimir Abramoviç Roqovoy () — rus kinematoqrafçısı, rejissor və film direktoru.
Həyatı Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır.
1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir.
Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir.
Filmoqrafiya Zabitlər (film, 1971) / Boşboğaz (film, 1978) /
İstinadlar
Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Rusiya rejissorları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Vladimir Roqovoyun filmləri Kateqoriya:SSRİ kinorejissorları