"Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.

Məzmun Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır. Belə ki, filmdə Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər üsula əl atsalar da, bir xeyiri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra nəhayət Əlibala çevrilib əsl azərbaycanlı, müsəlman olur.

Film haqqında Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir. Filmdə Vaqif Mərdəkani öz dəstəsi və Aleksandrovun xoru ilə çəkilmişdir. Filmin son titrləri fransızcadır. Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir. Filmdə "Nənəqızlar" folklor ansamblının repertuarından istifadə edilmişdir. 7 aprel 2016-cı ildə Fransada "Xaos və harmoniya" şüarı altında keçirilən "Avropa ətrafında Avropa" Film Festivalı () çərçivəsində Parisin İncəsənət Mərkəzində filmin nümayişi keçirilmişdir.Programme du festival

Filmdə bəstəkar Xəyyam Mirzəzadənin də bir səhnədə epizodik çıxışı mövcuddur.

Filmin heyəti (titrlərdəki sıraya görə)

Film üzərində işləyənlər Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev Quruluşçu rejissor : Vaqif Mustafayev Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov Bəstəkar : Xəyyam Mirzəzadə Səs rejissoru : Teymur Abdullayev Musiqi redaktoru : Riyad Quliyev Məsləhətçi : Novruz Məmmədov İcraçı prodüser : Rauf Quluzadə Dirijor : Ed Spanjard (Niderland) Qrim ustası : Çingiz Paşayev İnzibatçı : Sahib Quluzadə, Arif Kərimov, Novruz Məmmədov (Novruz kimi) Filmin direktoru : Pərviz Quliyev Redaktor : Əhməd Aşurbəyov, Əhmədağa Qurbanov Montaj edən : İlham Qaliboğlu Koordinator : İlqar Musaoğlu, Namiq Fərəc İşıqçı : Şəmsi Qədirov Repertuarından istifadə edilən müğənni: Co Dassin (titrlərdə yoxdur)

Rollarda Zərnigar Ağakişiyeva — Zərnigar Fərman Şəkili (Fərman Abdullayev kimi) — Əlibala Ucal Haqverdiyev — Tərcüməçi Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Atabala Səidə Quliyeva — Əlibalanın nişanlısı Nuriyyə Əhmədova — Atabalanın arvadı İlyas Tapdıq — Şair Ağasəlim Çıldağ — Meyxana ustası Muxtar Maniyev — Sünnətçi Hüseyn Muradov — Sünnətçinin köməkçisi Şamil Mahmudbəyov — Dayı Mənsur Məmmədov — Atabalanın atası Arif Qasımov — Dədə Qorqud Arif Kərimov — Psixiatr Novruz Məmmədov — Fransa səfirliyinin əməkdaşı Vaqif Mərdəkani — Klarnet çalan Mamuka Kikaleyşvili — Müğənni Firuz Xudaverdiyev — Millət vəkili (titrlərdə yoxdur) Vaqif Mustafayev — Rejissor (titrlərdə yoxdur) Xəyyam Mirzəzadə — Bəstəkar (titrlərdə yoxdur)

Sitatlar Atabala: Atova lənət bizi qınayan. Atabala: Tanıdım, bütün nəslimizi sən kişi eləmisən.

İstinadlar

Mənbə Hüseynov, Ə. "Güldüm ki, ağlayım…" [Vaqif Mustafayevin "Fransız" filmi haqqında] //Azərbaycan.- 1996.- 15 fevral.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanca filmlər