Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı Xaspolad bəy Hacıyev 1900-cü ildə Şuşada anadan olub. 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirib.
Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu.
Şamxal meşǝliyinin 3-cü dǝrǝcǝ meşǝbǝyi müavini olan Xaspolad bǝy Bakı quberniyası Göyçay meşǝliyindǝ eyni vəzifəyə təyin olunub.
Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.
Həmçinin bax Cümhuriyyət tələbələri
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri