() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Yayılması Böyük Qafqazın bütün rayonlarında orta dağ qurşağınadək yayılmışdır. Meşə və kolluqlarda, meşənin açıq (tala) yerlərində bitir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1817-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Asiya florası