Qaraçuxur – Bakının Suraxanı rayonunda qəsəbə.
Tarixi 1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Aleksandr Serebrovskinin şərəfinə Serebrovski adı ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.
Əhalisi Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə).
Məlumat Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.
Şəhid adları ilə adlandırılmış küçələr thumb Quliyev Vüqar Məmmədəli oğlu – "Bağ" küçəsinə adı verilib. Qurbanov Cəlal Bilal oğlu – "Kirov" küçəsinə adı verilib. Şərifov Zaur Faiq oğlu – "Razin" küçəsinə adı verilib. İsmayılov Nizami Zeynalabdin oğlu – "Qumluq" küçəsinə adı verilib. İsmayılov Kərəm İdris oğlu – "Saray" küçəsinə adı verilib. Əliyev Yaşar Səməd oğlu – "Ambulator" küçəsinə adı verilib. Musayev İlqar Vaqif oğlu – "Kərpiç" küçəsinə adı verilib. Şirinov Tərlan Orucbəy oğlu – "Üzümlük" küçəsinə adı verilib. Mehbalıyev Əhməd Cəfərov Samir Vaqif oğlu – "Seyranbağça" küçəsinə adı verilib. Bəkirli Etibar Mustafa oğlu – "Trubnaya baza" küçəsinə adı verilib. Eyvazov Yusif Ayvaz oğlu – "4048-ci kvartal"-a adı verilib. Vəliyev Qəzənfər Həmid oğlu – "Xəzan" küçəsinə adı verilib. Rəhimov Cavanşir İzzət oğlu – 146 saylı məktəb onun adınadır, parkda büstü qoyulub. Alıcanov Rafiq Cəfər oğlu – "Yeni Qumluq" küçəsinə adı verilib.
İstinadlar
Xarici keçidlər
SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ – Qaraçuxur qəsəbəsi
Kateqoriya:Suraxanı rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri