İrina Konstantinovna Skobseva (; ) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artisti (1974).

Həyatı İrina Konstantinovna Skobseva 22 avqust 1927-ci ildə Tula şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsinə daxil olmuşdur. Moskva Dövlət Universitetində təhsil aldığı illərdə tələbə teatrında müxtəlif rollar oynamışdır. Universiteti bitirdikdən sonra "MXAT" məktəb-studiyasına daxil olur və A. M. Qarayevin kursunda təhsil alır.

İrina Skobsevanın kinoda debütü 1955-ci ildə Sergey Yutkeviçin çəkdiyi məşhur "Otello" filmindəki Dezdemona obrazı olur. Bu ilk dəfə kinoya çəkilən bir aktrisa üçün çox uğurlu başlanğıc idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır. 1957-ci ildə İrina Skobseva Kinoaktyor teatr-studiyasının aktrisası olmuşdur.

İrina Skobseva öz gələcək həyat yoldaşı Sergey Bondarçukla hələ tələbə ikən məktəb studiyasında tanış olmuşdu. Daha sonra onların hər ikisi "Otello" filmində baş rollara çəkilirlər. 1959-cu ildə isə Sergey Bondarçuk və İrina Skobseva ailə həyatı qururlar.

1971-ci ildən başlayaraq İrina Konstantinovna ÜDKİ-də Sergey Bondarçukun yaradıcılıq emalatxanasında aktyor sənətindən dərs deyir. İrina Skobseva 1965-ci ildə RSFSR-in əməkdar, 1974-cü ildə isə xalq artisti adına layiq görülmüşdür.

20 oktyabr 2020-ci ildə Moskvada vəfat etmişdir.

Ailəsi Həyat yoldaşı — Sergey Bondarçuk, aktyor və kinorejissor. Qızı — Yelena Bondarçuk (1962–2009), teatr və kino aktrisası. Oğlu — Fyodor Bondarçuk, kinorejissor və aktyor. Nəvəsi — Konstantin Krükov, aktyor. Nəticəsi — Yuliya (2007) Nəvəsi — Sergey Bondarçuk (1991) Nəvəsi — Varvara Bondarçuk (1999) Nəticəsi — Marqarita (2012) Nəticəsi — Vera (2014)

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1955 Otello Dezdemona1956 İvan Franko Lüdovika Şankeviç1956 Adi insan Kira1957 Təkrarolunmaz bahar Klavdiya Novojilova1957 Döyüş Aleksandra Petrovna Nikolayeva1958 Əsgərlər keçdi… restorandakı qadın1959 Annuşka Annuşka1959 Bəyaz gecələr hersoginya1959 Şəfəqi qarşılayarkən Sofiya Aleksandrovna Saviç1960 Seryoja Maryana1961 Dəlilərin məhkəməsi Suzi Hagger1963 Fövqəladə komissiyanın əməkdaşı Tverskaya1963 Mən Moskvanı gəzirəm Nadya1965 Otuz üç Vera Sergeyevna1967 Hərb və sülh Elen Kuragina1968 Uğur ziqzaqı Lidiya Sergeyevna1970 Vaterloo Mariya1971 Aralıq həyətdəki adam Klavdiya Nikolayevna Yuşkova1972 Əlli əlliyə Barbara Kids1972 Qırmızı daş yaxınlığında gizli yer Anna Blou1973 Doktor İvensin sükutu Evelin1973 Tamamilə itkin dul qadın1973 Mülki geyimli adam İzolda1974 Məqsəd seçimi Marina Dmitriyevna Kurçatova1974 Dünyəvi sevgi Liza1974 Bu uca dağlar Liza Pimenova1975 İki skripka üçün konsert Kira Viktorovna1975 Onlar vətən uğrunda döyüşürdülər tibb bacısı1977 Çöl qrafinya Draniskaya1978 Kurort mövsümü missis Bredveri1978 Gənclik bizimlədir Serafima Antonovna Şuvalova1978 Sergi Ata baronessa1980 Mənim atam idealistdir Borisin anası1980 Ovod Qledis Berton1981 Əziz moskvalılar "Moskvalı qız" teleklubunun aparıcısı1982 Qırmızı zənglər. Film 2. "Mən yeni dünyanın yaranışını gördüm" qrafinya Panina1982 Gözəl yaşamağı qadağan etmək olmaz Anna Pavlovna1983 Meri Poppins, görüşənədək missis Keti Lark1983 Sən mənim fərəhim, əzabkarımsan İrina Tarnopolskaya1984 Zaman və Konvey ailəsi Meyc1986 Boris Qodunov meyxana sahibəsi1986 Üz-üzə Sofi Kler1987 Bir dəfə yalan danışan… Anna İvanovna1987 Müəmmalı varis Polina Andreyevna Batistova1988 Payız, Çertanovo… İrinanın anası1990 Məftun olmuş səyyah qrafinya1991 Yaşıl otağın kabusları Paulina Frezers1992 Cinlər Varvara Petrovna1992 Sakit Don Vasilisa İlyiniçna1998 Balaca döyüşçü İrina Sigizmundovna2000 Tanrıların qibtəsi Sonyanın anası2000 Zorka Venera Vasilinin nənəsi2001 Varislər Qalina2002 Qadın məntiqi Svetlana Konstantinovna Bobrova2003 Başqa qadın, başqa kişi Anna Yuryevna2003 Möcüzəyə vərdiş etməyin Olqanın anası2003 Tövbəli məhəbbət Mariya Petrovna İrtenyeva2003 Kəhrəba qanadlar ana2004 Qadın məntiqi 4 Svetlana Konstantinovna Bobrova2005 Varislər 2 Qalina2005 Sən mənim xoşbəxtliyimsən Yevgeniya Leonardovna2005 Qara şahzadə nənə2006 İsti mənzil sahibəsi2006 Qadın məntiqi 5 Sveta Bobrova2006 Ailəvi şam yeməyi Kseniya Vasilyevna2006 Tutqun instinkt Yelena Aleksandrovna2007 Artist qız Varvara Fominiçna2008 Tumanbağılar qarı2008 Məskunlaşılmış ada Maksimin nənəsi2010 Caz üslubunda Sergeyin keçmiş qayınanası2012 Birlikdə xoşbəxtik Lauranın anası2012 Ağ qvardiya Mariya Fransevna Nay-Turs2012 Qızıl Tatyana Vlasyevna Bragina2012 Əjdaha sindromu Marqarita Petrovna2014 Qaranlıq otağın sirri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Tulada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:Rusiyanın teatr pedaqoqları