Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE ("Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.

Tarixi thumb|right|Azəri Sovet Ensiklopediyasının titul səhifəsi

Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə ilk dəfə 1930-cu illərdə cəhd edilmişdi. Həmin dövrdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Şura Ensiklopediyası (AŞE) Komitəsi yaradılmış, İsmayıl İsmayılov komitəyə baş redaktor, Vəli Xuluflu isə elmi katib seçilmiş və 1935-ci ildə Azərbaycan Şura Ensiklopediyasının birinci cildinin lüğəti nəşr olunmuşdu. 1936-cı il martın 3-də Mir Cəfər Bağırov tərəfindən "Azərbaycan Şura Ensiklopediyasının nəşri haqqında" Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı imzalanmışdır. AŞE-nin nəşrinə dair materiallar SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Ruhulla Axundovun rəhbərliyi ilə hazırlanırdı. Onun şöbə müdirləri arasında Bəkir Çobanzadə, Əli Nazim, Mustafa Vəkilov, Müseyib Şahbazov, Hadı Əliyev, İsmayıl İsmayılov, habelə Üzeyir Hacıbəyov da var idi. Buna baxmayaraq, bir il sonra, 1937-ci ildə siyasi repressiyaların güclənməsi ilə layihə yarımçıq qalmışdı.

Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi.

Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.

Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.

Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. 1988-ci ildən ömrünün axırına qədər, yəni 1990-cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsində əməkdar elm xadimi Araz Dadaşzadə olub.

"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.

Ensiklopediyanın bütün cildləri 2020-ci ildə "Elmi Spektr" açıq elmi platformasının "Habitat" layihəsi çərçivəsində elektronlaşdırılıb. Bütün cildlər optik işarə tanıma sistemindən (OCR) keçirdildiyinə görə, kitab daxilində axtarış aparmaq da mümkündür.

Redaksiya heyəti Rəsul Rza (1966–75), Cəmil Quliyev (1976–1987) və Araz Dadaşzadə (1988–1990) fərqli dövrlərdə ensiklopediyanın baş redaktoru vəzifəsini icra etmişdirlər. Rüstəm Hüseynov isə baş redaktorun müavini vəzifəsində çalışmışdır. Ensiklopediyanın baş redaksiya heyətində aşağıda adları göstərilmiş alimlər yer alırdı: Mikayıl Abdullayev Həsən Abdullayev Müzəffər Abutalıbov Ziya Bünyadov Əli Quliyev Məmmədpaşa Quluzadə Araz Dadaşzadə Əfrand Daşdəmirov Vahab Əliyev Həsən Əliyev Cəlal Əliyev Azad Əfəndizadə Fikrət Əhmədov Mirzə İbrahimov Nazim İbrahimov Firudin Köçərli Mehdi Mehdizadə Şəfaət Mehdiyev Musa Musayev İmam Mustafayev Eldar Salayev Mikayıl Useynov Məmməd Cəfər Cəfərov Çingiz Cuvarlı Məmmədağa Şirəliyev

Cildlərin çap olunması xronologiyası AdıCildNəşr tarixiƏlifba sırasıNəşr yeriSəhifə sayı !align="center" |Bax Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 1 1976 А—БАЛЗАК Bakı 648 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 2 1978 БАЛЗАМ—ГАЈДАР Bakı 638 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 3 1979 ГАЈЫБОВ—ЕЛДАРОВ Bakı 628 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 4 1980 ЕЛДӘҜӘЗ—ИТАБИРА Bakı 616 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 5 1981 ИТАЛИЈА—КУБА Bakı 624 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 6 1982 КУБА—МИСИР Bakı 647 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 7 1983 МИСИР—ПРАДО Bakı 623 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 8 1984 ПРАДО—СПРИНТ Bakı 608 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 9 1986 СПУТНИК—ФРОНТОН Bakı 623 Азәрбајҹан Совет Енсиклопедијасы(Azərbaycan Sovet Ensiklopediyası) 10 1987 ФРОСТ—ШҮШТӘР Bakı 610 Ümumi (1–10) 1976–1987 А—ШҮШТƏР6265

Digər sovet ensiklopediyaları Orijinalda adı (yazılışı)Azərbaycanca adıCildlərinin sayıNəşr tarixiУкраїнська радянська енциклопедіяUkrayna Sovet Ensiklopediyası17 1927–1934 ; 1959–1965 ; 1978–1985Ўзбек совет энциклопедиясиÖzbək Sovet Ensiklopediyası141971–1980Հայկական սովետական հանրագիտարանErməni Sovet Ensiklopediyası131974–1987Беларуская савецкая энцыклапедыяBelarus Sovet Ensiklopediyası121969–1975ქართული საბჭოთა ენციკლოპედიაGürcü Sovet Ensiklopediyası121975–1987Latvijas padomju enciklopēdijaLatviya Sovet Ensiklopediyası111981–1988Азәрбајҹан Совет ЕнсиклопедијасыAzərbaycan Sovet Ensiklopediyası101976–1987Қазақ кеңес энциклопедиясыQazax Sovet Ensiklopediyası101972–1978Lietuviškoji tarybinė enciklopedijaLitva Sovet Ensiklopediyası131976–1985Түркмен совет энциклопедиясыTürkmən Sovet Ensiklopediyası101974–1989Енчиклопедия советикэ молдовеняскэMoldova Sovet Ensiklopediyası81970–1981Энциклопедияи советии тоҷикTacik Sovet Ensiklopediyası81978–1988Eesti nõukogude entsüklopeediaEston Sovet Ensiklopediyası8 ; 10+51968–1976 ; 1985–2006Кыргыз Совет ЭнциклопедиясыQırğız Sovet Ensiklopediyası61976–1980Сибирская советская энциклопедияSibir Sovet Ensiklopediyası4 1929–1933

Həmçinin bax

Azərbaycan Milli Ensiklopediyası Böyük Sovet Ensiklopediyası

İstinadlar

Xarici keçidlər "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Internet Archive-da arxivlənmiş dijitallaşdırılmış nüsxələr Azərbaycan Sovet Ensiklopediyası niyə qadağan edilmir?

Kateqoriya:Azərbaycan dilində ensiklopediyalar Kateqoriya:Universal ensiklopediyalar Kateqoriya:Azərbaycan ensiklopediyaları Kateqoriya:XX əsrin ensiklopediyaları Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:1965-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Sovet ensiklopediyaları