Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.

Hüsnü Mübarəkin hakimiyyəti

Fövqəladə vəziyyət

1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildiDeath Sentences for 5 Approved by Mubarak. — Associated Press, 21.03.1982.

Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı.

Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildiEdward Mortimer. Mubarak Prepares for Power. — The Times, 07.10.1981. Prezident seçiləndən sonra o üç mindən çox islamçını həbsxanadan azad etsə də, bir neçə islam partiyasının fəaliyyətinə qadağa qoyduНаргиз Асадова, Григорий Асмолов. Капрал преткновения. — Коммерсант-Власть, 10.07.2006. — № 27 (681). Hüsnü Mübarək 1984-cü ildə SSRİ ilə Misir arasındakı münasibətlərin normallaşmasına nail ola bildi.Soviet names envoy to Cairo. — The New York Times, 07.07.1984. O həmçinin 1985-ci il yanvarın 2-də Ənvər Sadat tərəfindən sürgün edilmiş Pravoslav Kilsəsinin patriarxı II Senofiosu geri qaytardı.Egypt Confirms Plan To Free Coptic Leader. — Associated Press, 02.01.1985

Hüsnü Mübarək daxili siyasətdə sələflərindən fərqli tək bir addım atdı: dövlətin aparıcı vəzifələrinə, xüsusilə hərbi struktura Amerikada təhsil görmüş şəxsləri təyin etdi. Misir ordusu Rusiyanın hərbi təsir dairəsindən çıxıb "amerikalaşdı"..

Səbəbləri

İqtisadi vəziyyət Misir həm XX əsrdə, həm də XXI əsrin əvvəllərində regionda mühüm rol oynayıb. Geostrateji mövqeyinə, iqtisadi potensialı görə bu ölkə daim xarici ölkələrin marağını özünə cəlb edib. İkinci dünya müharibəsindən sonra Misirdə baş verən hadisələr zamanı hakimiyyətə gələn Camal Əbdül Nasir ərəb millətçiliyi ideologiyasının tərəfdarı olub. Onun ölümündən sonra hakimiyyətə gələn Ənvər Sadat İsraillə sülh müqaviləsi bağladı. Amma digər ərəb dövlətləri bu razılaşmanı qəbul etmədilər. Nəticədə həmin dövrdən etibarən Misirin ərəb dövlətləri arasında münasibət gərginləşmişdi. Daxildə də qəbul olunan qərarlara ciddi etirazlar var idi. Xüsusilə də daxildəki Müsəlman qardaşlar qruplaşması İsraillə imzalanan razılaşmadan ciddi şəkildə narazı idi. Çoxları Misirin həmin vaxtlardakı siyasətinin təslimçi siyasət kimi qiymətləndirirdilər. 1981-ci ildə hakimiyyətə gələn Hüsnü Mübarək də bu siyasəti davam etdirdi. Onun hakimiyyəti illərində ABŞ-nin Misirə təsir imkanları xeyli artdı. 1980-ci ildən bu günə kimi ABŞ hər il Hüsnü Mübarək hökumətinə 1,3 milyard dollar təmənnasız hərbi yardım edir. Bu illər ərzində Misirlə ABŞ arasında çox isti münasibətlər formalaşmışdı. Bu illər ərzində ABŞ və Misir arasında müttəfiqlik prosesi getdi. Ölkə böyük iqtisadi potensiala malik olsa da, Hüsnü Mübarəkin hakimiyyəti illərində bu problemlər həllini tapmadı. Ölkədəki işsizliyin səviyyəsi də getdikcə artırdı. Hökumət isə büdcəni doldurmaq üçün vergiləri artırırdı. Əhalinin aztəminatlı təbəqələrinin həyat səviyyəsi isə getdikcə pisləşirdi. Əhalinin təbəqələşməsi də sürətlə gedirdiProseslər Misiri vətəndaş müharibəsinə aparır .

Mübarəkin apardığı iqtisadi islahatlar Misiri Səudiyyə Ərəbistanından sonra bölgənin ən qüdrətli dövlətinə çevirdi. Təkcə 2004–2008-ci il islahatları Misirin ümumdaxili məhsulunun iki dəfədən də çox artmasına səbəb oldu. Hüsnü Mübarək işsizliyin aradan qaldırılması üçün dövlət idarələrində lazım olduğundan da artıq işçi götürülməsinə də qərar verdi. Ancaq işsizliyi nəzərəçarpacaq dərəcədə azalda bilmədiЕгипетская революция 2011 г.: структурно-демографический анализ // Полис. Экстратекст. 2011. Выпуск 1..

İnsan hüquqları Siyasi hüquqlar da xeyli məhdudlaşdırılmışdı. Yadfikirlilik qəbul olunmurdu. Hüsnü Mübarəkə qarşı çıxanlar təqib olunurdular. Bütün bunlar əhalinin hakim rejimə qarşı nifrətini artırırdı..

Bir sıra mütəxəssislərin rəyinə əsasən Misirdə başlamış iğtişaşaların əsas səbəbi Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı olmuşdurВремя потрясений на арабском Востоке.

Misirdə baş vermiş hadisələr bir sıra adlar qoyulmuşdur. Məsələn Tvitter inqilabı, Gənclər inqilabı, Xardal inqilabı, Kurort inqilabıВ Египте зреет вторая курортная революция, российских туристов предостерегли от поездок в Каир və Xurma inqilabı.

WikiLeaks saytının hələ dekabrda açıqladığı diplomatik məktublarda yazılmışdı ki, Misirdə nəinki müxalifətə söz deməyə imkan verilmir, hətta hakim partiyadan olanlar da 30 ildir ki, boş qalan vitse-prezident vəzifəsinə yaxın buraxılmırlar. "Hüsni Mübarək özünə vitse-prezident götürmür. Buna imkan verməyən şəxs — onun xanımı Suzan Mübarəkdir. Suzan Mübarək oğlu Camala alternativ ola biləcək adamların hamısının qabağını alır. Qamalı prezidentliyə aparan başlıca qüvvə onun anası Suzan Mübarəkdir. Suzan Mübarəkin hakimiyyəti və nüfuzu Qamal üçün həlledici rol oynayır".

ABŞın Christian Science Monitor qəzeti yazır ki, 2006-cı ildə Misirdəki Amerika səfiri Frank Riccardione Vaşinqtona məktubunda bildirmişdi: "Prezident Hüsni Mübarəkin ətrafındakı köhnə qvardiya prezidentin varisi kimi ordudan çıxmış şəxsi görmək istərdi. Prezidentin oğlu Qamal isə investisiya-bank dairələrindəndir. Qamalın öz ətrafına yığdığı yeni komanda köhnə qvardiyanı sıxışdırıb çıxarmaq istəyir". Wikileaks, the Egyptian military and Gamal Mubarak's chanses to succed his father

WikiLeaks-in açıqladığı ABŞ teleqramlarına görə, "ordunun orta və aşağı rütbəli zabitləri müdafiə nazirindən kəskin narazıdırlar. Zabitlər 30 il əvvəlki kimi elita hesab olunmurlar. Misirin müdafiə naziri o biri nazirlər kimi şəxsi sadiqliyi bilik və bacarıqdan yuxarı qoyulur".

1952-ci ildən bəri ölkəni 3 əsas siyasi figur idarə etmişdir. Camal Abdülnasır, Ənvər Sadat və indiki Misir prezidenti Hüsnü Mübarək, Misir Ordusunda yüksələrək siyasətə keçmiş və gərək indiki prezident Mübarək, istərsə də Camal Əbdül Nasır və Ənvər Sadat, ölkəni dəmir yumruqla idarə etmiş və müxalifətin güclənməsinə imkan verməməyə çalışmışdılar.

Misir, Ərəb Dövlətləri içərisində ən güclü orduya sahib olan ölkə olaraq tanınsa da, bu ordu siyasətlə birgə yaşamağa alışdığı üçün Ərəb-İsrail müharibələri ndə təsirsiz qalmış və Fələstin Probleminin ərəblərin lehinə həll edərək Ərəb dövlətlərinin bayraqdarlığınıı etməyə çalışan Misir Siyasətinə kifayət qədər dəstək verə bilməmişdir.

Misir, İsraillə müharibədən məğlub ayrılandan sonra özünü qorumaq və Sinay yarımadasının şərqindən Süveyş Kanalına yönələn İsrail təhdidini ləğv edə bilmək məqsədilə bu ölkə ilə sülh bağladı . Ənvər Sadatın bu addımı Ərəblər arasında böyük bir etirazla qarşılansa da, İsrail və Qərb Dünyasından dəstək görmüş və xüsusilə də ABŞ Misirə böyük maliyyə və hərbi yardım edərək ölkənin Ərəblər arasındakı nüfuzunu yenidən qazanmasına kömək olmağa çalışmışdır. ABŞ Misir-İordaniya-Səudiyyə Ərəbistanı üçbucağına çox böyük əhəmiyyət vermişdi.

Misir, Osmanlı dövründən bəri Ərəb Siyasi Düşüncəsi yetişdirdiyi, çox sayda etnik, dini qrupun bir arada yaşadığı bir ölkədir. Ərəb, İslam, Helenistik mədəniyyəti, Xristianlıq və Mistisizmi bir arada yaşadığı Qahirə və İsgəndəriyyə kimi şəhərlər çoxlu sayda müxalif fikirli insanlara və sənətçilərə də ev sahibliyi etməkdədir.

Misirdə etnik mənada çox böyük bir müxtəliflik olmasa da, dini mənada vahid bir quruluş mövcud deyildir. Misir əhalisinin 90% yaxını müsəlmandır. Müsəlmanların böyük bir qismini sünnilər olsa da sufi təlimləri və şiəliyi qəbul edənlər də kifayət qədərdir. Bununla yanaşı, əhalinin təxminən 10%-ini xristianlar təşkil edir. Misir xristiyanlarının 90%-i İsgəndəriyyə də olan Qibti Pravoslav Kilsəsinə bağlı olsa da, qalanları isə Qibti Katolik və protestantdırlar. Xristianların böyük bir qismi İsgəndəriyyə və Qahirədə yaşayırlar.

Ölkə içərisində fəaliyyəti getdikcə artan təşkilatlardan olan Müsəlman qardaşlar və ona bağlı olaraq hərəkət edən qruplar, Hüsnü Mübarək və rəhbərliyinə qarşı duyduqları qəzəbi xristianlara qarşı yönəldirlər. Çünki Müsəlman Qardaşlar Təşkilatı, Hüsnü Mübarəyin Xristian Qərbin Misirdəki nümayəndəsi olaraq görürlər.

2006-cı ildə baş tutmuş parlament seçkisinin nəticəsində Müsəlman qardaşlar Təşkilatı Misir Məclisiə girmədi, liberal Vəfd Partiyası ancaq 6 deputat mandatı qazandı.

250px|thumb|Nümayişçilər tərəfindən üzəri yazılmış bronetranspartyor 1 yanvar 2011-ci ildə İsgəndəriyyədə kilsəyə təşkil edilən bombalı hücum və ardından Qahirə küçələrində baş verən Xristian-Müsəlman qarşıdurması Misirdə çox böyük narahatlıq törətmişdi..

Hərəkatın aprıcı qüvvələri thumb|right|250px|Əl-Cəzirə telekanalının Misir qiyamları haqqında xəbər proqramı (ingiliscə) Əl-Ğad Partiyası 2004-cü ildə Misir rəhbərliyi tərəfindən rəsmi qeydiyyata alınsa da, təşkilatın lideri Əymən Nur 2005-ci ilin yanvarında həbs olunub və bir qədər sonra ABŞ hökumətinin Qahirəyə təzyiqlərindən sonra azadlığa buraxılıb. Partiya ölkədə konstitusiya dəyişikliyi tələbini irəli sürür. 2005-ci ildəki parlament seçkilərində partiya rəsmi rəqəmlərə görə, 7 faiz səs qazanıb. Ancaq bir qədər sonra partiyadan bir qrup ayrılaraq "Sabah" adlı yeni partiya yaradıb. "Sabah"ın hökumətin partiyası olduğu iddia edilir.

Kifayə hərəkatı Misirin xristian qibti tayfalarının nümayəndəsi Corc İshaq tərəfindən yaradılıb. Kifayə əsas hədəfinin Mübarəkin istefaya göndərilməsi və hakimiyyətin atadan oğula keçməsinin qarşısını almaq olduğunu elan edib.

Yeni Vəfd Partiyası. Misirin əsas siyasi təşkilatlarından biridir, 1919-cu ildə yaradılıb. Partiya 1953-cü ildə o zamankı dövlət başçısı Camal Əbdülnasir tərəfindən bağlansa da, 1983-cü ildə yenidən bərpa olunub. hazırda Vəfdin Misir parlamentində 6 deputatı var. Sağçı partiya hesab olunan Vəfdin liderlərindən olan Numan Goma Misirdə fövqəladə vəziyyətin ləğv olunması, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Eyni zamanda ingilislərə qarşı sərt münasibəti və İranla dostluq (1981-ci ildən sonra İranla Misir arasında münasibətlər düşmənçilik səviyyəsindədir) əlaqələrinin qurulmasının tərəfdarıdır.

Müsəlman qardaşlar. Misirin ən böyük və güclü müxalif islamçı hərəkatıdır, XX əsrin əvvəllərində müsəlman dünyasında başlayan müstəmləkə əleyhinə islamçı müqavimət hərəkatı dalğasında yaranıb. Qısa zamanda böyük sayda tərəfdarlar toplayan və demək olar ki, dünyanın bütün ölkələrinə yayılan, xüsusən də ərəb ölkələrində təşkilatlanan "qardaşlar" Misirdə hər zaman ağır basqılarla üzləşib, hərəkatın liderləri, xüsusən də Camal Əbdül Nasir və Ənvər Sadat zamanında həbsxanalara salınıb, bir çoxları öldürülüb. Bundan sonra təşkilat daxilində parçalanma yaranıb, hərəkat radikallar və nisbətən mötədil xəttə bölünüblər. Təşkilatın fəaliyyəti rəsmən qadağan olunsa da, üzvləri müstəqil olaraq Misir parlamentində təmsil olunublar. 2005-ci il seçkilərində Misir parlamentinə 80-ə yaxın "ixvançı" deputat düşmüşdü.