Yulius Vilhelm Riçard Dedekind () — alman riyaziyyatçısı. Həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir; cəbri ədədlər nəzəriyyəsi üzrə əsərlərin müəllifidir"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605.

Həyatı Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur. Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur. Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi. Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur. Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı. Əsil yolunu aşkar etməkdə də heç ləngimədi. Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı. Çünki onun atdığı hər addım sağlam olmalı idi.

İstinadlar

Xarici keçidlər Dedekind

Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Cəbrşünaslar Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Riyaziyyat fəlsəfəsi