Muradxan Mahmud oğlu Cabbarov () — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı Muradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir.

1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.

Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Siyasi fəaliyyəti 1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur.

6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Mükafatları SSRİ-nin "Şərəf nişanı" ordeni. "Xalqlar dostluğu ordeni. "Oktyabr inqilabı" ordeni. "Qırmızı əmək bayrağı" ordeni 3 dəfə.

İstinadlar

Kateqoriya:Laçın Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər