Corco Armani (; ) — İtaliyalı geyim dizayneri.

Məlumat Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N. Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir.

Sport "Olimpia Milano" basketbol yığımın prezidentidir. Britaniyanın sportsmenlərin geyimi ilə işləyirdi. "Çelsi" oyunçuları üçün kostyumlar yaratdı.

Mükafatları 100px Fəxri Legion ordeninin kavaleri.

Xarici keçidlər Armani.com Giorgio Armani, UNHCR Goodwill Ambassador Giorgio Armani interview with Harper's Bazaar Giorgio Armani costume design drawings for AMERICAN GIGOLO, 1980

İstinadlar

Kateqoriya:LGBT modelyerlər Kateqoriya:İtaliyada LGBT şəxslər Kateqoriya:İtaliya uzunömürlüləri