Şota İataşvili () — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçidir. Yeddi şeirlər kitabının, roman və üç hekayə kitabının müəllifidir. “Qafqaz evi” Gürcüstan mədəni əlaqələr mərkəzində işləyir, “Alternativ” ədəbiyyat jurnalının redaktorudur. 2007-ci ildə ilin ən yaxşı şerlər kitabına görə “Saba” mükafatına, 2009-ci ildə “Kiyev dəfnəsi” beynəlxalq mükafatına layiq görülüb. Əsərləri 12 dilə tərcümə edilib.

Ədəbiyyat Şota İataşvili. Veriya bağçasındakı kafe (şeirlər, poema, məqalə, söhbət)./ "525 Kitab" seriyası. - Bakı: Mütərcim, 2009

Xarici keçidlər Kult.az saytına müsahibəsi

Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları