Əmirzadayev İslam Məhəmmədəli oğlu () — Azərbaycanlı aşıq.

Həyatı 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub.

Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış "Dərzilər" nəslindən Məsimin qızı olmuşdur.

1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır.

Daşkəndli el şairi Muxayıl Göyçəli (1918–1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913–2007) və Aşıq Abbasəli Nəzərovun (1919–1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır.

İstinadlar

Mənbə Araz Yaquboğlu, "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında", (elmi məqalə), "Filologiya məsələri" elmi toplusu, № 2, 2011-ci il, səh.350–354. http://az.wikisource.org/wiki/Aşıq_İslam_Yarpızlının_həyat_və_yaradıcılığı_haqqında

Xarici keçidlər http://www.dgtyb.org/news/1350.html http://azab.az/arasdirma/166-aedq-dslam-yarpdzldndn-hjjyat-vjj-yaraddcdlddd.html

Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Göyçə şairləri Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Göyçədə doğulanlar