Ümumdünya Hörümçək Toru Konsorsiumu ( ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır.
Tarixi "World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.Michael Blanding, "The Past and Future of Kendall Square", MIT Technology Review August 18, 2015
İlk növbədə CERN-in W3C-nin Avropa filialına ev sahibliyi etməsi nəzərdə tutulmuşdu. Bununla belə, CERN informasiya texnologiyalarına deyil, hissəciklər fizikasına diqqət yetirmək istəyirdi. 1995-ci ilin aprelində Fransa Kompüter Elmləri və Avtomatlaşdırma üzrə Tədqiqatlar İnstitutu W3C-nin Avropa üzrə ev sahibi olmuşdu. Keyo Universitetinin Tədqiqat İnstitutu 1996-cı ilin sentyabrında Asiya üzrə ev sahibi olmuşdu. 1997-ci ildən başlayaraq W3C bütün dünyada regional ofislər yaratmışdır. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, onun Avstraliya, Benilüks ölkələri (Belçika, Niderland və Lüksemburq), Braziliya, Çin, Finlandiya, Almaniya, Avstriya, Yunanıstan, Honkonq, Macarıstan, Hindistan, İsrail, İtaliya, Cənubi Koreya, Mərakeş, Cənubi Afrika, İspaniya, İsveç və 2016-cı ildən etibarən Birləşmiş Krallıq və İrlandiyada ofisləri var.
2013-cü ilin yanvarında Beyhan Universiteti Çin üzrə ev sahibi olmuşdur.
2022-ci ildə "W3C WebFonts" İşçi Qrupu xüsusi endirilə bilən şriftlər, veb və TV cihazları üçün tipoqrafiya üçün şrift texnologiyasını standartlaşdırdığına görə Milli Televiziya İncəsənəti və Elmləri Akademiyasından "Emmi" mükafatını qazanmışdır.
Birliyin standartlarına uyğun gələn şəbəkə brauzerləri Mozilla Firefox Opera Internet Explorer Apple Safari Google Chrome
Birliyin müəyyən etdiyi standartlar HTML MathML XHTML XML SVG PNG
Həmçinin bax CSS HTML MathML WebRTC XHTML XML
İstinadlar
Xarici keçidlər About the World Wide Web Consortium W3C Technical Reports and Publications W3C Process Document W3C History How to read W3C specs
Kateqoriya:Ümumdünya hörümçək toru Kateqoriya:Veb xidmətlər Kateqoriya:1994-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:1994-cü ildə ABŞ-də yarananlar Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Veb tərtibatı Kateqoriya:İnternet-təşkilatlar Kateqoriya:ABŞ-nin qeyri-kommersiya təşkilatları Kateqoriya:Standartlaşdırma təşkilatları