Andromeda (qədim yun. Andromede) — qədim yunan mifologiyasında Efiopiya padşahı Kefeyin qızı olmuşdur. Əhalinin tələbi ilə atası onu dəniz əjdahasına qurban vermiş, igid Persey Andromedanı azad edərək onunla evlənmişdi. Andromeda surəti incəsənətdə (Rubensin "Persey və Andromeda" tablosu və s.) öz əksini tapmışdır.

Əfsanənin təsviri Andromeda "Efiopiya" kralı Capheus və kraliça Cassiopeianın qızı idi. Anasının Nereidlərdən, yəni dəniz nimfalarından gözəllik yarışmasında qalib gəlməsi Poseydonu qıcıqlandırdı. Nəticəsində o, Cetus adlı dəniz canavarını göndərdi. Qayaya məhkum edilən Andromeda, Meduzanı məhv edib dönən qəhrəman Perseus tərəfindən azad olundu.

İstinadlar

Kateqoriya:Mifologiya Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Qədim yunan mifologiyasında qadın Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Persey (mifologiya)