Mazaçço (; əsl adı Тomazzo di Ser Covanni di Mone di Andreuçço Kassai və ya Tomazzo di Ser Covanni di Qvidi (it. Tommaso di Ser Giovanni di Mòne di Andreuccio Cassài),
), görkəmli italyan rəssamı, Florensiya rəssamlıq məktəbinin ən böyük nümayəndələrindən biri, erkən İtalyan İntibahının kvattroçento dövrü rəngkarlıq məktəbinin banisi.
Mazaçço Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə etmişdir. Həyatı Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasını qoyan, kvattroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401–ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Vergi" və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir. Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında göstərmişdir.
İstinadlar
Kateqoriya:İtaliya rəssamları Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:Kvattroçento rəssamları Kateqoriya:Florensiya rəssamları Kateqoriya:İncəsənət əsərləri