Ər-Riyad () — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi.

Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir.Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, s. 224

Əhalisi Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir.

Tarixi Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.

Sənayesi Şəhərdə neft emalı, sement, yeyinti, toxuculuq, maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik stansiyaları fəaliyyət göstərir.

Təhsil Ər-Riyadda bir neçə ali məktəb fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.

Həmçinin bax Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı coğrafiyası Səudiyyə Ərəbistanın dövlət quruluşu Səudiyyə Ərəbistanında ali təhsil Səudiyyə Ərəbistanı şəhərləri

Xarici keçidlər Şəhərin rəsmi saytı

İstinadlar

Kateqoriya:Səudiyyə Ərəbistanı şəhərləri Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Ər-Riyad