"Malena" (,) — rejissor Cüzeppe Tornatorenin filmi.

Məzmun Gözəl və dul qadın Malena kişilərin xəyalı və ən gözəl qadın simvoludur. Onun paxıllığını çəkən bütün qeybətçi qadınlar Malena haqqında çirkin şayiələr yaymağa başlayırlar. Kişilər isə onun hər addımını izləyir, ardınca düşür və Malena haqqında gözəl xəyallar qururlar. Lakin Malena heç kəsə bağlanmayaraq yalnız müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir.

Film haqqında Film yeniyetmənin intim münasibətlərə baş vurması ilə əlaqədar ciddi tənqidlərə məruz qalmışdır. Filmin Şimali Amerikadakı distribütoru "Fine Line Features" şirkəti ekran işinin 17 dəqiqəsindən çoxunu kəsib çıxarmışdı. ABŞ-də nümayiş zamanı film heç bir uğur qazana bilmədi. Ancaq 2005-ci ildə art-haus həvəskarları üçün filmin Şimali Amerikada DVD-ləri işıq üzü görmüşdür. Filmin ABŞ üçün olan versiyasında ciddi ixtisarlar edilmişdi. Filmdən çıxarılan kadrlar, əsasən, yeniyetmə baş qəhrəmanın Malena haqqında göz önünə gətirdiyi xəyallar idi. İxtisar zamanı yeganə saxlanılan erotik kadr yeniyetmənin Malenaya oxşar fahişə ilə olan kadrları olur. Kişilərin şövqlə Malenaya baxması səhnəsi Mikelancelo Antonioninin "Macəra" filmi ilə səsləşir. Həmin filmdə aktrisa Monika Vitti eyni situasiyada çəkilmişdir. Ennio Morrikonenin bu filmə yazdığı musiqi "Oskar" (2001) və "Qızıl qlobus" (2000) mükafatlarına namizəd olmuşdur.

Filmin musiqiləri Inchini Ipocriti E Disperazione Malèna Passeggiata In Paese Visioni Nella Casa Malèna (End Titles) Linciaggio Orgia Il Ritorno Bisbigli Della Gente Ma L'Amore No Casino Bolero Altro Casino Visioni (Fantasie D'Amore) Cinema D'Altri Tempi Ipocrisie Pensieri Di Sesso Momenti Difficili

Sitatlar "Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: "Hə, əlbəttə, mən sizi xatırlayacağam" – deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç vaxt soruşmamışdı. Onun adı Malena idi".

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Luçiano Vinsenzoni Ssenari müəllifi: Cüzeppe Tornatore Rejissor: Cüzeppe Tornatore Operator: Layoş Koltai Bəstəkar: Ennio Morrikone Prodüser: Harvi Veynşteyn

Rollarda Monika Belluççi – Malena Skordiya Cüzeppe Sulfaro – Renato Amorozo Luçiano Federiko – Renatonun atası Matilda Piana – Renatonun anası

Xarici keçidlər Filmin treyleri sayt YouTube

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Cüzeppe Tornatorenin filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Almaniya filmləri Kateqoriya:2000-ci ilin ABŞ filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İtaliyanın melodram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:ABŞ-nin erotik filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri