Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film.
Məzmun Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir.
Film haqqında Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülmüşdür. Filmdə Müslüm Maqomayevin ifası Gülüstan sarayında, Aşıq Hüseyn Saraclının ifası təbiət qoynunda, Habil Əliyevin ifası Şirvanşahlar sarayında, Xuraman Qasımova Filarmoniyada, Fərhad Bədəlbəyli orqan musiqisi zalında, Akif İslamzadə televiziya studiyasında, Xeyransa Məmmədova botanika bağında, Polad Bülbüloğlunun ifası Serebrovski adına mədənlərdə, Qaya vokal-instrumental ansamblı şəhərin müxtəlif məkanlarında, Zeynəb Xanlarovanın muğam dəstgahı Şüvəlandakı gülçülük sovxozunda, Rəşid Behbudov xaricdəki qastrol səfərlərinin birində, Azərbaycan Dövlət Rəqs Ansamblı Qobustan Qoruğunda lentə alınıb.
Filmin heyəti
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Səmədoğlu, Ruslan Şahmalıyev Quruluşçu rejissor: Ruslan Şahmalıyev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkar: Tofiq Quliyev Musiqi rəhbəri: Tofiq Quliyev Redaktor: Faiq Dərgahov Səs operatoru: Akif Nuriyev Quruluşçu rəssam: Fikrət Əhədov Filmin direktoru: Tələt Rəhmanov, İbrahim Səfərov Mətni oxuyan: Şahmar Ələkbərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Üzeyir Hacıbəyov, Sergey Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Elza İbrahimova, Mehriban Əhmədova İfa edirlər: Akif İslamzadə — "Qız əlləri" (söz: Vaqif Səmədoğlu, musiqi: Tofiq Quliyev) Müşayiət edir: Azərbaycan Televiziyası və Radiosunun "Dan ulduzu" instrumental ansamblı, bədii rəhbər Gülarə Əliyeva
Rollarda Zilli Namazov — neftçi (titrlərdə yoxdur) Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur)
Filmdə iştirak edənlər Niyazi Rəşid Behbudov Müslüm Maqomayev Lütfiyar İmanov Zeynəb Xanlarova Fərhad Bədəlbəyli Habil Əliyev Polad Bülbüloğlu Gülarə Əliyeva Xuraman Qasımova Flora Kərimova Akif İslamzadə Aşıq Hüseyn Saraclı Xeyransa Məmmədova Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Mirzə Fətəli Axundov Adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Azərbaycan Dövlət Rəqs Ansamblı "Qaya" Vokal-İnstrumental Ansamblı "Qarabağ bülbülləri" ansamblı
Sponsor Mərkəzi Televiziya (Moskva)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
Xarici keçid Filmi izlə
Həmçinin bax
Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri Kateqoriya:Musiqili filmlər