Hacı Bani məscidi — XVI əsrə aid İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur.
Haqqında Hacı Bani məscidi İçərişəhərdə Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Minarəsi və günbəzi yoxdur. Məscid fasadı üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilib. Hicri-qəməri təqvimlə 1320-ci ildə bərpa edilib.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlığı Məsciddə girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. Məscidin üzərindəki digər kitabəyə əsasən isə məscid Hicri-qəməri təqvimlə 1320-ci ildəH. Q. 1320 = M. 10 aprel 1902 – 29 mart 1903 bərpa edilib. Bu zaman yenidənqurma işləri aparılıb, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilib. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılıb. Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlayıb. İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari günbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir.
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Hacı Bani hamamı
Qeydlər
İstinadlar
Kateqoriya:Bakı məscidləri Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:XVI əsr məscidləri Kateqoriya:İslam Kateqoriya:Şiə məscidləri