Şimali Dakota (ing. North Dakota) — ABŞ-nin mərkəzi hissəsinin şimalında yerləşən ştat "şimal-qərb mərkəzi" adlandırılan ştatlardan biridir. Əhalisi 723 393 nəfərdir (ştatlar arasında 48-ci yer; 2013-cü il məlumatları; ABŞ əhalisinin 0,21%-i). Onlardan 50,1% qadınlar, 49,9%-ni isə kişilər təşkil edir. Etnik tərkibi: almanlar — 43,9 %, norveçlilər — 30,1 %, irlandlar — 7,7%, hindilər, isveçlilər, ingilislər və fransızlar — 5%. Ruslar — 25 min nəfərdir. Ailə üzvlərinin orta sayı 3-dir.

Dövlətin paytaxtı Bismark şəhəridir. Farqo - ştatın ən böyük şəhəri, digər böyük şəhərlər isə Qrend Forks və Maynotdur.

Ştatın ərazisində ABŞ Hərbi Hava Qüvvələrinin iki aviabazası — Maynot şəhərindən 21 km şimalda yerləşən "Minot" və Qrend-Forks şəhərindən 26 km qərbdə yerləşən "Qrend-Forks" aviabazaları yerləşir.Shactman, Brian (Avqust 28, 2011). "Unemployed? Go to North Dakota" . CNBC. Yayımlanma tarixi 7 Fevral, 2013

Həmçinin, ştatdaki yüksək sayda neft yataqlarının kəşf edilməsi, bu ştatdaki işsizliyi ciddi dərəcədə aşağı salmışdır.Fernando, Vinsent; Djeyn, Betti (Avqust 23, 2010). "10 States With Ridiculously Low Unemployment – And Why". Business Insider. Yayımlanma tarixi 7 Fevral 2013.Şaffer, Deyvid (Dekabr 22, 2012). "N. Dakota population growth is tops in U.S". Star Tribune. Yayımlanma tarixi: 7 Fevral, 2013

Rəsmi ləqəbi - "Flikertail Ştatı" (ing. Flickertail State)-dir.

İstinadlar

Kateqoriya:ABŞ ştatları