Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaqAzərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2005, səh 107Yüceer Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan harekatı, Ankara, 1996 və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999
Osmanlı dövlətinin Qafqaza ordu göndərmək qərarı 350px|left|thumb|Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti Şərq orduları qrupunun yerləşməsi İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşanın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Maqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi. Kazan, Türküstan və Azərbaycan türkləri, rus işğalının sona çatması və müstəqilliklərini qazana bilmələri üçün Qafqaz və Bakının bir an öncə ələ keçirilməsinin vacibliyi görüşünü hərarətlə müdafiə edirdilər.Kurat, Türkiyə və Rusiya, s. 527. Bu və buna bənzər nümunələrin artması nəticəsində türk ellərinin müstəqilliyini qazanması üçün hərəkətə keçilməsi haqqındakı görüş, Hərbiyə naziri və baş komandan vəkili Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında getdikcə güc qazandı. Dövlət heyətləri Türkçülük və Turançılıq cərəyanını tətbiq etməyə başlamaq üçün şərtlərin yetərli olduğunu düşünürdülər.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 551.
Ənvər Paşa digər məlumatları və müharibənin gedişini dəyərləndirərək, Qafqazda fəaliyyətə keçmək üçün uyğun şəraitin yetişdiyi nəticəsinə vardı.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 553 3 fevral 1918-ci ildə 6-cı Ordu komandanı Xəlil Paşaya aşağıdakı məzmunda əmr göndərdi: Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan və Rusiyanın əsarəti altında olan türk və müsəlmanların yaşadığı bölgələrə ehtiyac duyduqları dəstəyin verilə bilməsi üçün mərkəzi Tehranda olan bir təşkilat qurulması, bu bölgələrə çalışqan və işini yaxşı bilən zabitlərin göndərilməsi, yarbay Nuru bəyin (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəz Təşkilatının sədri olması, yarbay Şövkət bəyin Dağıstana, minbaşı Naim Cavad bəyin Əfqanıstana göndərilməsi və Xəlil paşanın uyğun hesab etdiyi zabitlərin də Azərbaycan və Türküstana göndərilməsi, bu bölgələrə gedəcək zabitlərin yanında alt heyətləri təşkil etmək üçün ən azı 5–6 zabitin da qatılması.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 550
Baş Komandanlıq Azərbaycanda hər birində üç piyada alayı olmaqla üç piyada diviziyasından ibarət bir korpus qurulmasını qərarlaşdırdı. 1-ci və 2-ci diviziyaların təşkilinə cavabdeh olacaq iki heyətin zabitlərinin 6-cı Ordu Komandanlığının olduğu Mosula, 3-cü diviziyanın zabit heyətinin də 3-cü Ordu Komandanlığının yerləşdiyi Trabzona göndəriləcəyini bildirdi. Baş Komandanlığın 2 mart 1918-ci ildə əlaqəli komandanlıqlara göndərdiyi əmrə görə, Qafqazda xidmət edəcək general, ali zabit heyəti və zabitlər bir üst rütbə (fəxri rütbə) daşıyacaq və bu rütbənin hüququna sahib olacaqdılar. Bütün vəzifəlilər rütbələrinin maaşının bir misli məbləğində artım alacaqdılar.
Böyük torpaq və bu səbəbdən nüfuz itkisinə məruz qalan Osmanlı dövlətinin etibarını Qafqaz əməliyyatı ilə yenidən yüksəldəcəyini düşünən Ənvər paşa bölgədəki qətliamları dayandırmaq və Qafqazda ruslara qarşı neytral bölgə təşkil etmək üçün hərəkətə keçdi və Qafqaz hərəkatı üçün gənc, enerjili, dinamik, öz düşüncəsini qavrayan və bunu tətbiq edə biləcək zabitlərlə görüşməyə başladı. Qafqaz hərəkatı üçün ilk olaraq albay Kazım Qarabəkir bəy ilə görüşdü. Ancaq Kazım bəy o aralarda Ərzurum və ətrafının azad edilməsi üçün çalışdığını bildirərək, bu vəzifədən əfvini istədi. Kazım bəy Ərzurumun qurtarılmasından sonra Qafqaz Təşkilatı Komandanlığı vəzifəsini almağa hazır olduğunu bildirdi. Ancaq Ənvər paşa aradan keçəcək zamanın boşa getməməsi üçün tez qərar vermək məcburiyyətində olduğunu, bu vəzifəyə ögey qardaşı yarbay Nuru bəyin təyin olunduğunu, əgər istərsə Şimali Qafqazda vəzifə verə biləcəyini bildirdi. Albay Kazım bəy yarbaylıqdan general-leytenant rütbəsinə yüksəldilən Nuru bəyin əmrində çalışacağını öyrənincə bu vəzifədən əfvini istədi.
Ənvər paşa Qafqazda yaşayan türk və müsəlman xalqların yaşadığı bölgələrdə gərək olan təşkilatlanmanı yaratması və onlardan əmələ gələcək bir "İslam Ordusu" qurması üçün qardaşı yarbay Nuru bəyi vəzifələndirdi. Nuru bəy iki tümənlik bir korpus və bəzi milis süvari alaylarından təşkil ediləcək Qafqaz İslam Ordusuna əmr edəcəkdi.18 Zabit heyətləri də buna görə təyin olunacaqdı. Nuru bəyin belə bir orduya yarbay rütbəsilə əmr etməsi mümkün deyildi. Bu üzdən iki rütbə yüksəldilərək fəxri general-leytenant rütbəsinə yüksəldildi. Nuru paşa ilə Qafqaza gedəcək zabitlərə də fəxri olaraq bir üst rütbə verildi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 552
Osmanlı dövlətinin müttəfiqi olan Almaniya Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin Şərqinə keçilməsini istəmirdi. Almanların Gürcüstan və xüsusilə Bakı nefti üzərində də gizli hesabları var idi. Bu üzdən türk ordusunun Azərbaycana girməsinə kəskinliklə qarşı çıxırdı. Bu və buna bənzər səbəblərə görə Ənvər paşa bu təşkilatlanmanı son dərəcə gizli bir şəkildə yürüdürdü. Başda Almaniya və Rusiya olmaq üzrə böyük dövlətlərin diqqətini çəkməmək üçün qurulacaq ordunun Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edilmiş kimi göstərilməsinə cəhd edirdi. Bu üzdən orduya da "Qafqaz İslam Ordusu" adının verilməsi uyğun görülmüşdü. Başkomandan vəkili Ənvər paşa bu ordunun qurula bilməsi üçün şəxsən çalışmışdı. Geniş bir qismin marağını çəkməmək və qarşı tədbir almalarını əngəlləmək üçün qardaşı, əmisi və çox yaxın özəl əməkdaşlıq içində olduğu dostları ilə çalışmalar aparmışdı. Osmanlı sultanı V Mehmed Rəşad tərəfindən Nuru paşanın Qafqaz İslam Ordusu komandanı olduğuna və bütün Qafqazda Sultan adından hərbi və siyasi fəaliyyət göstərəcəyinə dair bir fərmanda verilmişdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 554
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması Rusyadakı inqilabdan sonra yaranan Cənubi Qafqaz Cümhuriyyəti məclisi — Seym, daha çox gürcü və erməni mənafelərini qoruyan bir təşkilat durumundaydı. Seym Məclisində önəmli vəzifələr gürcü və ermənilərə verilmişdi, Azərbaycanlı türklərə isə yalnızca sosial yardım məsələləri ilə əlaqəli sahələr saxlanmışdı. Bundan başqa Birinci Dünya müharibəsində türklərin müttəfiqi Almaniya, Qafqaz məsələsində Osmanlı dövləti ilə fərqli bir mənafe toqquşmasına girmişdi. Qafqazın zənginliklərini ələ keçirmək istəyən Almaniya, xüsusilə Bakı neftində söz sahibi olmağı hədəfə alırdı. Bu mülahizələrlə almanların dəstəyini təmin edən gürcülər 26 mayda Cənubi Qafqaz Cümhuriyyətindən ayrılaraq, müstəqilliyini elan etmişdilər.
Osmanlı dövləti Gürcüstan, Ermənistan və Azərbaycan ilə ayrı-ayrı dostluq və əməkdaşlıq müqavilələri imzalamaq üçün çalışırdı. Türkiyə Qafqazda edəcəyi hərbi hərəkatın təhlükəsiz bir şəkildə yürüdülə bilməsi üçün bəzi strateji bölgələrlə dəmir yollarını nəzarəti altına almaq və erməni və gürcü qüvvələrinin türk hərbi hərəkatına müdaxilə edə bilməyəcək bir vəziyyətə gətirilməsini təmin etmək istəyirdi. Türklərin gürcü və ermənilərə qəbul etdirməyə çalışdığı bu istəklərə almanlar şiddətlə qarşı çıxdı. Almanlar gürcülərlə Potidə imzaladıqları müqavilə ilə Batum-Tiflis dəmir yolunun nəzarətini ələ keçirdilər. Bununla da kifayətlənməyən almanlar ruslara əsir düşən əsgərlərindən birliklər qurmağa başladılar. Ermənilər isə Tiflis-Culfa dəmir yolunun nəzarətini almanlara vermək istəyirdilər. Osmanlı dövləti bu dəyişikliklər qarşısında lazım gələn çalışmaları sürətlə tamamlayaraq, istəklərini qəbul etdirdi. Batumda 31 may 1918-ci ildə ermənilərlə, 3 iyun 1918-ci ildə də gürcülərlə dostluq və əməkdaşlıq müqavilələri imzaladı.
Bu yenilik Almaniya ilə Osmanlı dövlətinin arasını açmaqda gecikmədi. Başkomandan vəkili Ənvər paşa Türkiyə ilə Almaniya arasında ortaya çıxan bəzi anlaşılmazlıqları çözmək üçün Osmanlı Orduları kurmay başqanı alman generalı Von Seeckt ilə Batuma getdi. Məsələ burada gen-bol araşdırıldı. Fəqət almanlar daha sonra bildiklərini tətbiq etməyə çalışdılar. Buna görə 3-cü Ordu komandanı Vəhib paşa Gümrüdəki türk hərbi birliklərinin Tiflis üzərinə yürüməsini əmr etdi. 10 iyun 1918-ci ildə irəli hərəkata başlayan birliklər qarşılarına çıxan gürcü-alman birləşmiş qüvvələrini dağıtdı. Bəzi alman zabit və əsgərlərini də əsir etdilər. Alman baş Qərargahının Ənvər paşa nəzdində dövrəyə girməsi nəticəsində əsirlər sərbəst buraxıldı, türk əsgəri də irəli hərəkatı dayandırdı. Bu dəyişikliklərə baxmayaraq almanlar qısa bir müddət sonra türk əsgərinin Gürcüstandakı dəmir yollarından faydalanmasına müxtəlif əngəllər çıxarmağa davam etdilər.Kurat, Türkiyə və Rusiya, s. 529
Batumda bu dəyişikliklərin yaşandığı günlərdə Nuru paşa geniş səlahiyyətlərlə təchiz olunaraq, 25 mart 1918-ci ildə 6-cı Ordunun yerləşdiyi Mosula getdi. Buradan seçdiyi iyirmi nəfərlik qərargah zabiti və gərəkli hərbi personalla birlikdə 8 apreldə Mosuldan hərəkətlə Revandiz, Soucubulaq, Təbriz üzərindən Zəngəzura çatdı və 20 apreldə Osmanlı sultanının ona verdiyi fərmanı yayınladı. Qara dəniz-Tiflis-Bakı quru və dəmir yolu xəttinin üzərində olması və ətrafında sıx olaraq türklərin yaşaması kimi bəzi əlverişli səbəblərə görə Nuru paşa ordu mərkəzinin Gəncədə qurulmasına qərar verdi.Birinci Dünya hərbində Türk hərbi. Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 553
Türk Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə coşqun sevgi nümayişi altında Gəncəyə girdi. Nuru paşanın yanında Qafqaz İslam Ordusu təşkilatı ilə bu ordunun vəzifələrini açıqlayan və "Hərbiyə naziri Ənvər" imzalı 22 mart 1918-ci il tarixli bir də təlimatnamə vardı.Birinci Dünya hərbində Türk hərbi. Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 554
Nağı Şeyxzamanlı xatirələrində Nuru paşa ilə yanındakı türk əsgərlərinin Gəncəyə girişini belə anlatmışdı: