Narahat adam — SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik film.

Məzmun Film Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə. İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir.

Ə. İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə. İbrahimov haqda xatirələrini danışırlar.

Festivallar və mükafatlar 1) 2006-cı ildə Filmə "Humay" mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Marqarita Maleyeva Rejissor-operator: Nizami Abbas Montaj rejissoru: Mübariz Nağıyev Səs operatoru: Anar Quliyev Musiqi redaktoru: Rauf Əliyev Redaktor: Nəriman Əbdülrəhmanlı Prodüser: Xanlar Cəfərov Mətni oxuyan: Rasim Balayev (azərbaycanca variantı), Rafiq Hüseynov (rusca variantı)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2005-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası