Sara Alpıs qızı Nazarbayeva () — Qazaxıstan ictimai xadimi, «Böbek» Milli Fondunun təsisçisi və prezidenti. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı.

Həyatı Sara Nazarbayeva 1941-ci ilin yanvarın 9-da anadan olub.

Nazarbayeva 1962-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ailə həyatı qurub. Onların Dariqa, Dinara və Aliyə adlı üç qızı və üç nəvəsi vardır.

1992-ci ilin fevral ayından etibarən Respublika Uşaq Xeyriyyə Fondu «Böbek»in təsisçisi və prezidentidir.

1994-cü ilin iyul ayından etibarən Avstriyanın SOS Kinderdorf International fondunun filialı olan «SOS – Qazaxıstan Uşaq Kəndləri» Fondunun prezidentidir.

Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına layiq görülübBirinci xanımlar fotolarda – Sara Nazarbayeva. qafqazinfo.az .

İstinadlar

Kateqoriya:Qazaxıstanın birinci xanımları Kateqoriya:Qazaxıstanda doğulanlar