Turab Qələndər oğlu Canbaxışov () — Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri; Bona Dea International Hospitalın ginekoloq həkimi.
Həyatı Turab Canbaxışov 27 noyabr 1981-ci ildə Rusiyanın Kurqan şəhərində anadan olmuşdur.
1999-cu ildə Bakı şəhərində 17 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin (ATU) "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuşdur.
2005-ci ildə Azərbaycan Tibb Universitetini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2005–2011-ci illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin "Mamalıq və qadın xəstəlikləri" (ginikologiya) ixtisası üzrə uzmanlıq təhsili almışdır.
Uzmanlıq təhsilini bitirdikdən sonra nəzəri və praktik imtahanlardan yüksək bal topladığına görə Doqquz Eylül Universitetinin rəhbərliyi və Türkiyə Cumhuriyyətinin YÖK-ü tərəfindən həmin kafedrada uzman-asissent vəzifəsində saxlanılmış, 2013-cü ilin dekabr ayına qədər həmin vəzifədə çalışmışdır.
4 mart 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsində həkim mama-ginekoloq işləmiş, 20 may 2014-cü ildən isə həmin şöbənin müdiri və ATU-nin II mama-ginekologiya kafedrasında assistent vəzifəsində çalışmağa başlamışdır.
Liv Bona Dea İnternational Hospitalda həkim mama-ginekoloq olmaqla mama-ginekologiya şöbəsinin rəhbəridir.
40-a qədər elmi məqalələri Türkiyədə və müxtəlif xarici ölkələrdə çap olunmuşdur. Doktorluq dissertasiyası üzərində işləyir.
Azərbaycanda ilk dəfə olaraq 2013-cü ildə hamilə qadının bətnindəki dölə qan köçürülməsi və digər cərrahi müdaxilə Turab Canbaxışovun tərəfindən ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra edilmişdir. Bu prosedur Avropada 1997-ci ildən, Türkiyədə isə 2009-cu ildən etibarən tətbiq edilir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01.05.2026-cı il tarixli qərarı ilə Turab Qələndər oğlu Canbaxışova 3215.01. — Mamalıq və ginekologiya ixtisasında tibb elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Üzvülüyü Azərbaycan Tibb Assosiasiyası (ATA) Türk Jinekoloji ve Obstetrik Derneği (TJOD) Turkey Maternal Fetal Medicine and Perinatology Association International Society of Ultrasound in Obstetrics and Gynecology (ISUOG) European Society of Human Reproduction and Embryology (ESHRE) The Fetal Medicine Foundation (FMF)
Ailəsi Ailəlidir, bir qızı və bir oğlu var. Azərbaycanın tanınmış travmatoloq-ortopedi, tibb elmləri doktoru, professor Qələndər Canbaxışovun oğludur. Əmisi Mahmud Canbaxışov Qarabağ müharibəsində şəhid olmuşdur.
İstinadlar
Xarici keçidlər Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülübMusavat.com Riskli və yüksək riskli hamiləliklər mütləq bu sahə üzrə mütəxəssis, yəni perinatoloq tərəfindən nəzarət altında saxlanılmalıdır. Belə ki, riskli hamiləliyə nəzarət normal hamiləlikdən fərqlidir.Azertag.az Ana bətnində dölə qan köçürülüb.Report.az
Kateqoriya:Türkiyə həkimləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Ginekoloqlar