Ozan məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Ozan məscidi 1884-cü ildə Ozan məhəlləsinin sakinlərinin hesabına Gəncə şəhərində tikilib. Lakin abidənin giriş tağının üzərindəki kitabədə isə onuntikinti tarixi kimi 1786-cı il göstərilib. Tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq var.

"Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilib. 1920-ci ildə Gəncə üsyanında şəhəri mühasirəyə alan bolşeviklər tərəfindən açılan top atəşi ilə məscidin bir hissəsi dağılıb. Bundan başqa üsyan yatırılarkən məscidə sığınan yerli əhali məscidin içərisində diri diri yandırılıblar. Əslən gəncəli olan hərbi pilot və mühacir Məmməd Altunbay məsciddə baş vermiş hadisəyə özü şahid olub və bu haqda 1989-cu ildə Ankarada çapdan çıxmış kitabında yazıb. Öz kitabında o qeyd edir ki:Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Ozan məscidi də bu dövrdə ibadətə bağlanıb, binasında korlar üçün artel daha sonra isə ərzaq mağazası yerləşib. Məscidin binası 1979-cu ildə bərpa edilib. Daxili divarlarına rəssam Rüstəm Hüseynquliyev tərəfindən rəsmlər çəkilib. Burada Nizami xatirə muzeyi və kitab mağazası fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda məsciddə kitabxana fəaliyyət göstərir.

İstinadlar

Mənbə Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Ozan məhəlləsi

Xarici keçidlər

Gəncə Ozan məscidi / EL Tv Bolşeviklərin topla dağıtdığı Ozan məscidi / Belə belə İşlər Gəncədə soyqırımına şahidlik edən tarixi Ozan məscidi / Baku Tv Ozan məscidi: Qanlı tarixin daş yadigarı / Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kateqoriya:Gəncə məscidləri Kateqoriya:Gəncə abidələri Kateqoriya:1884-cü ildə yarananlar Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XIX əsr məscidləri Kateqoriya:Günbəzli dini tikililər