Qax İngiloy — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kəndin əsası 1897-ci ildə qoyulmuşdur.The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: Qax

Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 2115 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 137 15 yanvar 1970-ci il rəsmi əhali siyahıyaalınmasının yekunlarına əsasən kənddə 2970 nəfər (2440 nəfəri və ya 82,2 %-i ingiloylar, 405 nəfəri və ya 13,6 %-i azərbaycanlılar, 82 nəfəri və ya 2,8 %-i ləzgilər, 43 nəfəri və ya 1,4 %-i digər millətlər) əhali yaşayırdı.Ethno-Caucasus, Этнодемография Кавказа: Кахский район (1970 г.) 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 təsərrüfatda hər iki cinsdən toplam 1792 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Toponimikası Gürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Bu oykonim Qax şəhərinin adından və ingiloy etnonimindən ibarət olub, “Qaxın ingiloylar yaşayan hissəsi” mənasındadır. Bu da Azərbaycan türklərinin yaşadığı Qaxmuğal hissəsindən fərqləndirilməsi üçündür. Mənşəcə qədim alban tayfalarından biri olmuş və erkən orta əsrlərdə Şərqi Gürcüstanın güclü təsiri altında gürcü dilini qəbul etmiş ingiloyların məskun olduqları kəndlərdəndir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Din Kənddə "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir.QEYRİ-İSLAM DİNİ İCMALARI . scwra.gov.az

Həmçinin bax Müqəddəs Georgi kilsəsi (Qax)

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri