Xəmiraşı Azərbaycanda, xüsusilə Bakı ərazisində bişirilən və tərkibi əsasən əriştə və kiçik küftələrdən ibarət olan, paxlalı və quru meyvələr ilə zənginləşdirilən Azərbaycan milli mətbəxinin ən qədim və zəngin tarixə malik xəmir xörəklərindən biridir.
Tarix Qədim dövrlərdən bəri əsas ərzaqlardan olan buğda və ondan hazırlanan un xəmir yeməklərinin yaranması üçün zəmin yaradıb. Xəmir xörəklərinin Azərbaycanın mətbəxində qədim izləri var. Bütün bölgələrdə müxtəlif cür, bəzən bir-birinə bənzər, bəzən isə tamam fərqli xəmir yeməkləri hazırlanıb. Xəmir yeməkləri bayram süfrələrinin, gündəlik həyatın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan mətbəxinin bu ənənəsi əsrlərlə qorunub saxlanılaraq müasir zamanımıza qədər çatdırılıb.
Xəmiraşının əsas tərkib hissəsi olan əriştənin yazılı mənbələrdə ilk qeydi Şərq tarixi ilə b.e. 25–220-ci illərdə mövcud olan Şərqi Han dövrü ilə bağlı olsa da, xəmirin kəsilib şorba daxilində bişirilməsi ənənəsi qədim türkdilli xalqların köçəri və oturaq həyat tərzinin ortaq məhsuludur. Xəmiraşı tarixi mənbələrdə həm də "Bəyləraşı" adlandırılıb. Bu, onun keçmişdə sadəcə gündəlik deyil, həm də hörmətli qonaqlar və bəylər üçün hazırlanan elit bir təam olduğunu göstərir.
19-cu əsrdə Qacar sarayında yazılmış Nadir Mirzənin "Karnamə" adlı kulinariya risaləsində və sonrakı dövrlərə aid Şərq mətbəxi qeydlərində əriştə əsaslı aşıların (tutmac, əriştə şorbası) tarixinə aid dolayısı məlumatlar var.
Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk (11 əsr) adlanan Türk dünyasının ilk ensiklopedik lüğətində xəmirin kəsilərək şorbalara atılması və xüsusi aristokratik xörək sayılan əriyən xəmir və ya əriştə şorbalarının ilkin forması haqqında ən qədim tarixi məlumat verilir.
Sovet İttifaqının ən məşhur kulinariya tarixçilərindən biri olan Villiam Poxlyobkin "Bizim xalqların milli mətbəxləri" () adlı fundamental kitabında Azərbaycan mətbəxi bölməsində Xəmiraşı () haqqında məlumat verilir və xəmirin kəsilmə incəliyinə, tərkibindəki paxlalılar (lobya və ya noxud) ilə ət bulyonunun spesifikliyinə görə ayrıca təhlil edilir.
Tərkibi Azərbaycanın müxtəlif bölgələrinə görə xəmiraşının tərkibi fərqli olsa da, əsas istifadə edilən ərzaqlara görə eynidir. Bu yeməyin tərkibi qoyun əti, buğda unu, yumurta, ərinmiş yağ, ağ lobya, sirkə (zövqə görə sirkənin tərkibinə xırda doğranmış sarımsaq da əlavə edilir), soğan, keşniş, quru nanədən ibarətdir. İstiot və duz zövqə görə əlavə edilir.
Hazırlanma qaydası Qoyun əti qiyməsindən hər pay üçün 5–6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazik lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftəcikləri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə üzərinə quru nanə səpilir. Sirkə süfrəyə ayrıca verilir.
İstinadlar
Xarici keçidlər Xəmiraşı necə hazırlanır Xəmiraşı
Kateqoriya:Şorbalar Kateqoriya:Xəmir xörəkləri Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Mətbəxlərə görə yeməklər