Endi Uorhol ( (1928-1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur.

Uşaqlıq illəri Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir.

13 yaşında ikən atası mədəndə həlak olur.

Karyeranın başlanğıcı 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir. Bununla yanaşı o, vitrin və plakatların dizaynı ilə də məşğul olur.

Endinin 1950-ci ildə ayaqqabı kompaniyasının reklam dizaynı uğurlu alınır.

Yaradıcılığı

1960-ci illərdə Endi dollar əskinaslarının, göbələk buludlarının, elektrik stulunun, Campbell's Soup Cans, Coca-Cola rəsmlərini yaradır. Bu dövrdən Endi fotoqraf və rəssam kimi Merilin Monro, Elizabet Teylor, Cim Morrison, Elvis Presli, Məhəmməd Əli və başqa məşhurlarla əməkdaşlıq edir. Merilin Manronun ölümündən sonra, Endi, aktrisanın həyat və ölümünün alleqoriyasına çevrilmiş məşhur «Merilin Diptixi» əsərini yaradır.

Endi film çəkməyə başlayır, lakin həmin dövrdə çəkdiyi filmlərin çoxunun süjet xətti yox idi.

1963-cü ildə rəssam öz «Fabrik» adlandırdığı sudiyasını yaradır və ətrafına müxtəlif yazıçı, musiqiçi, rəssam və başqa məşhurları toplayır.

Sui-qəsd cəhdi 1968-ci ildə Uorholun bir neçə filmində çəkilmiş radikal feminist Valeri Solanas «Fabrik»ə daxil olaraq 3 dəfə Uorhola atəş açır və polisə təslim olur. Uorhol sağ qalır, amma onun daxili üzvləri zədələnmişdi. Buna baxmayaraq, o, Solanası ittiham etməkdən imtina edir və Solanas 3 il həbs cəzası ilə cəzalandırılır, həmçinin psixiatrik xəstəxanada müalicə alır.

Bu hadisədən sonra, Uorhol ukrain yunan katolik kilsəninə mütəmadi olaraq gedir. Onun əsərlərində şiddətli ölüm mövzusu yer almağa başlayır.

Endi Uorhol 1987-ci ildə Manhettendə Kornuell tibb mərkəzində, əməliyyatından sonra yuxuda dünyasını dəyişdmişdir.

Qardaşları cəsədini Pittsburqa aparmış və St. John Baptist Bizans Katolik qəbiristanlığında dəfn etmişlər.

Şəxsi həyat Endi Uorhol homoseksual idi.

Filmoqrafiya

Haqqında çəkilən filmlər «Doors» (1991) — Kristin Qlover. «Baskiya» (1996) — Devid Boui. «Mən Endi Uorhola atəş açdım» (1996) — Cared Harris. «Mən Endi Uorholu yoldan çıxardım» («Fabrik qızı») (2006) — Qay Pirs. «Gözətçilər» (2009). «Qara geyimlilər 3» (2012) — Bill Heyder.

İstinadlar

Kateqoriya:ABŞ rəssamları Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:ABŞ kolleksiyaçıları Kateqoriya:ABŞ-də LGBT şəxslər Kateqoriya:ABŞ kübarları Kateqoriya:Portret fotoqrafları Kateqoriya:Eksperimental kinematoqrafçılar Kateqoriya:ABŞ kinooperatorları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsr ABŞ rəssamları Kateqoriya:Sui-qəsd qurbanları