Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.

Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar.AVİU № 46 (52) и прим. 12 Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:

"...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim."Solmaz Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr, 1993, səh. 53(elektron variant)

Adın etimologiyası

İ. H. Əliyev bu adı hürrit mənşəli sayır.Алиев И. Г. История Мидии. Баку, 1960 E. A. Qrantovskiyə görə, İran dillərində az – aparmaq (Azərbaycan dilində azdırmaq felində bu söz vardır) sözündəndirГрантовский Э.А. Ранняя история иранских племён Передней Азии М.: Наука, ГРВЛ, 1970, с. 247. Q. Qeybullayev qeyd edir ki, sözün sonunda "y" səsinin düşməsilə bu ad türkmənşəli Asay, (türkcə as – iltifat, nəvaziş, ağıl, zəka, dərrakəСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982 , I, səh 191 sözündən və ay şəkilçisindən) adı ilə eynidir.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994, səh 65 V əsrdə Alban çarı Asay, erkən orta əsrlərdə xakasların xaqanı Ajo, uyğur xaqanlarından AçoКызласов Л. Р. История Южной Сибири в средние века. М.. 184, səh 195, oğuzlarda AzakДревнетюркский словарь, М., 1969 şəxs adları ilə müqayisə olunur.

İstinadlar

Həmçinin bax

İranzu Ulusunu Ahşeri Ualli

Kateqoriya:Manna Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Türk hökmdarlar