Ser Tom Cons (; əsl adı ser Tomas Con Vudvord; ; ) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir.
Həyatı Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adlı oğlu və övladlığa götürülmüş Donna adlı qızı var.
O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür. Belə ki, romanın 1963-cü ildəki ekranizasiyası o dövrdə çox populyar idi. Gənc müğənni özünün gur səsi, əla fiziki forması və səhnədəki həddindən artıq sərbəst hərəkətləri ilə insanların diqqətini cəlb edə bildi.
1965-ci ildə Cons "It’s Not Unusual" mahnısı ilə Britaniya çartlarında birinci oldu. Növbəti il ifa etdiyi Ceyms Bond haqqındakı "Thunderball" filminin eyniadlı mahnısına görə böyük gələcək vəd edən debütant kimi "Qremmi" mükafatına layiq görüldü.
1966-cı ildə onun oxuduğu "Green Green Grass of Home" klassik kompozisiyası Böyük Britaniyanın ən çox satılan sinqlına çevrildi. 1968-ci ildə çıxan "Delilah" mahnısı Sovet İttifaqında, 1971-ci ildə çıxan rəqs üslubundakı "She’s a Lady" mahnısı isə ABŞ-də böyük populyarlıq qazandı.
1970–80-ci illərdə Consun nəzərə çarpacaq dərəcədə məşhur hitləri olmadı. Bu dövrdə o, əsasən yaşlı dinləyicilər üçün ifa edirdi. 1988-ci ildən başlayaraq o öz repertuarını müasir mahnılarla genişləndirməyə başladı. 1990-cı illərin sonlarında isə gənc ifaçılarla — The Cardigans ("Burning Down The House", 1999), The Pretenders ("Lust for Life", 1999), Stereophonics ("Mama Told Me Not to Come", 2000) ilə birlikdə albomlar yazdırdı.
1999-cu ildə Tom Cons kaver-versiyalardan ibarət olan "Reload" albomunu yazdırdı və 2000-ci ildə bu albom onun karyerasındakı ən çox satılan albom oldu. Bu albomdakı "Sex Bomb" sinqlı isə həmin ilin ən populyar rəqs hitinə çevrildi və Britaniya satış çartlarında üçüncü yeri tutdu.
21 oktyabr 2008-ci ildə ABŞ-də, 17 noyabrda isə Avropada "24 Hours" adlı yeni diski satışa buraxıldı. U2 qrupunun üzvləri Bono və Edc bu albomdakı "Sugar Daddy" mahnısının yazılmasında iştirak etdilər.
Diskoqrafiya Year Title DE AT CH UK US 1965 Along Came Jones (US Title: It's Not Unusual*) − − − 11 54 1965 What's New, Pussycat? − − − − 114 1966 From the Heart − − − 23 − 1966 A-tom-ic Jones − − − − − 1967 Green, Green Grass of Home 35 − − 3 65 1967 13 Smash Hits 6 − − 5 − 1968 Delilah 2 − − 1 − 1968 Help Yourself 7 − − 4 5 1969 This Is Tom Jones 9 − − 2 4 1969 The Tom Jones Fever Zone − − − − 14 1970 Tom − − − 4 6 1970 I Who Have Nothing − − − 10 23 1971 She's a Lady 34 − − 9 17 1972 Close Up − − − 17 64 1973 The Body and Soul of Tom Jones − − − 31 93 1977 Say You'll Stay Until Tomorrow − − − − 76 1978 I'm Coming Home − − − 12 − 1981 Darlin' − − − − 179 1989 At This Moment − − − 34 − 1989 After Dark − − − 46 − 1991 Carrying a Torch − − − 44 − 1994 The Lead and How to Swing It 81 35 − 55 − 1999 Reload 3 3 5 1 − 2002 Mr. Jones 78 58 62 36 − 2008 24 Hours 70 61 94 32 105 2010 Praise & Blame 38 9 51 2 79 2012 Spirit in the Room 2015 Long Lost Suitcase 2021 Surrounded by Time
Xarici keçidlər
Rəsmi veb-saytı BBC Tom Jones Biography BBC Wales Music Transcript of interview with Larry King 7 November 2003
Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Uels müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Epic Records artistləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:Britaniya rok müğənniləri