Zəyəm — Azərbaycan Respublikasının Qax rayonunun Zəyəm kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Zəyəm kəndinin tarixi əsasən sak tayfalarının adı ilə bağlıdır. Belə ki, "zəyəm" sözünün özü də "sak" sözündən götürülüb. "Sakam" sözü zaman keçdikcə dəyişərək "zəyəm" sözünə çevrilib. Zəyəm kəndi Lələli və Qındırğa kəndləri ilə birlikdə Zəyəm kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Zəyəm bələdiyyəsi tərəfindən idarə edilir.
Toponimikası Zəyəm oyk., mür. Alazan–Əyriçay çökəkliyindədir. İlk dəfə X əsr mənbəyində çəkilir; Şəmkir r-nunda ştq. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə Qazax r-nundan gəlmiş ailələr Zəyəm çayının sahilində saldığına görə belə adlandırılmışdır; Zaqatala r-nunun Muxax i.e.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrin ortalarında Qax r-nunun Zəyəm kəndindən çıxmış bir qrup ailənin saldığı yaşayış məntəqəsidir. Bəzi tədqiqatçılara görə, Zəym fars dilindəki z/ (tərəf, sahil, yer) və kam!qam (keçid, ağız, dərə, kiçik çay) sözlərindən düzəlib, "kiçik çay sahili" mənasındadır. Digər tədqiqatçılar isə oykonimi sak etnonimi ilə bağlayırlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 636 nəfər əhali yaşayırdı. Bununla yanaşı həmin dövrdə kənddə önəmli Türk-müsəlman nüfuzuda mövcud idi. Nəticə olaraq kəndi polietnik dəyərləndirmək mümkündür."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 137 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 462 təsərrüfatda hər iki cinsdən toplam 1736 nəfər əhali yaşamaqdadır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Sonrakı dövrlərdə kənddə baş verən ingiloy köçləri və Türk əhalinin kütləvi şəkildə artımı kəndin əhali faiz-nisbətini etnik-ingiloylardan, etnik-Türklərə dəyişdi. Bunun əsas nəticələrindən biri kənd əhalisi arasında ünsiyyət dilinin yalnız Azərbaycan Türkcəsi olmasıdır. Bununla belə əhalinin danışıq aksentində ingiloy təsirləri hiss olunmaqdadır. Günümüzdə kəndə az ingiloy nəsilləri yaşasa da, kəndin əsas etnik sütununu, etnik Azərbaycan Türkləri olan muğallar,qarapapaqlar təşkil edir.
Həmçinin bax Qax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin
İstinadlar
Kateqoriya:Qax rayonunun kəndləri