"Cangüdən" () — rejissor Akira Kurosavanın filmi.
Məzmun Filmdə baş verən hadisələr XIX əsrdə Yaponiya ərazisində baş verir. Kiçik bir şəhərcikdə iki quldur qəbilə yerli əhalini qorxu və vahimə altında saxlamaqdadırlar. Kuvabatake Sandzuro adlı avara samuray öz qılıncının və fitnə-fəsadlarının köməyi ilə həmin iki dəstəni qarşı-qarşıya qoyur. Bununla da samuray onların bir-birini məhv etməklərinə nail olur. Bu hadisədən sonra kiçik şəhərdə sakitlik bərpa olur və samuray oranı tərk edir.
Film haqqında Rejissor Volter Hillin 1996-cı ildə Brüs Uillisin iştirakı ilə çəkdiyi "Tənha qəhrəman" filmi süjet baxımından eynilə "Cangüdən"i xatırladır. Filmlərin arasında olan yeganə fərq yeni işin qanqster döyüş filmi üslubunda çəkilməsidir.
Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifləri : Rüdzo Kikusima, Akira Kurosava Rejissor : Akira Kurosava Operator : Kadzuo Miyaqava Bəstəkar : Masaru Sato Prodüserlər : Rüdzo Kikusima, Akira Kurosava, Tomoyuki Tanaka
Rollarda Toşiro Mifune – samuray Sandzuro Kuvabatake Tasuya Nakaday – Unosuke Yoko Sukasa – Nui Daysuke Kato – İnokiti Seydzaburo Kavadzu – Seybey Takasi Simura – Tokuemon İsudzu Yamada – Orin Eydziro Tono – meyxana sahibi Qondzi Asusi Vatanabe – tabutçu
Xarici keçid Filmin treyleri
Kateqoriya:Bədii filmlər Kateqoriya:Yaponiyanın ağ-qara filmləri Kateqoriya:Yaponiyanın döyüş filmləri Kateqoriya:Akira Kurosavanın filmləri Kateqoriya:1961-ci ilin filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:Samuray filmləri Kateqoriya:Toho filmləri Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Dramlar