Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ.Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.21 Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

Tarixi Gəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".

Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil. İbn əl-Əsirə görə həlak olanların sayı 230 min nəfərИбн ал-Асир. Тарих-ал-камиль. О победе султана Махмуда над курджами. Перевод П. К. Жузе. Текст воспроизведен по изданию: Материалы по истории Азербайджана из Тарих-ал-камиль (полного свода истории) Ибн-ал-Асира. Баку. АзФан. 1940., Əl-Bundariyə görə isə 300 min nəfərdir. Təbii fəlakətdən istifadə edərək, çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşunları şəhərə hücum etdilər.Киракос Гандзакеци. Краткое изложение истории страны Агванк (пер. Л. А. Ханларян). Текст воспроизведен по изданиям: Киракос Гандзакеци. История Армении. М. Наука. 1976 Mxitar Qoş bu haqda yazır: "rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər [satırdılar]. Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə [camaata] zəlzələnin özündən daha çox əzab verirdilər". Mənbələrin məlumatına görə gürcülər özləri ilə birlikdə Gəncənin şəhər darvazalarını da apardılar.

Səlcuq sultanının canişini Qara Sunqur öz qoşunları ilə Gəncəyə yollanaraq və Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub etdi şəhərdən uzaqlaşdırdıl. Həmçinin Qara Sunqurun başçılığı ilə şəhərin yenidən bərpasına başlanıldı.

Nizami Gəncəvi həmin zəlzələ haqqında "İsgəndərnamə" də məlumat vermişdir:

Zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bu haqda Gəncəli Kirakos yazırdı: "Dağ və düzü duman, buludlar bürüdü, dəhşətli zəlzələ baş verdi. Gəncə dağıldı. Nəticədə Kəpəz dağı uçdu və təpələrdən axan xırda çayların qarşısını kəsərək göl əmələ gətirdi".

İstinadlar

Həmçinin bax Gəncə zəlzələsi (427)

Kateqoriya:30 sentyabrdakı hadisələr Kateqoriya:1139-cu ildəki hadisələr Kateqoriya:1139-cu ildə Azərbaycan Kateqoriya:Azərbaycanda zəlzələlər Kateqoriya:Torpaq sürüşməsi gölləri Kateqoriya:Gəncə tarixi