Canet Li (, doğ. Cinett Helen Morrison (); ) — ABŞ aktrisası, müğənni, "Oskar" mükafatı namizədi və Qızıl qlobus mükafatı laureatı. Daha çox Alfred Hiçkokun "Psixo" və Orson Uellsin "Şərin möhürü" filmlərindən tanınır.

Həyatı Canet Li 6 iyul 1927-ci ildə anadan olmuşdur. Onun kino fəaliyyəti Norma Şirerin sayəsində uğurla başlamışdır. Yeni başlayan aktrisada böyük istedadın olduğunu görən Şirer 1940-cı illərin axırında onun "Metro-Goldwyn-Mayer" kino şirkəti ilə müqavilə bağlamasına səbəb olur. Sonrakı onilliklərdə o, bir çox məşhur filmlərdə görünməyə başladı. Onların bəzilərində Li öz həyat yoldaşı aktyor Toni Körtislə birlikdə çəkilmişdi. Toni Körtis və Canet Linin nikahından 2 qız — Kelli və Ceymi bacıları dünyaya gəlmiş və sonrakı talelərini onlar da aktyorluq sənəti ilə bağlamışdılar.

1950-ci illərin axırlarında o, "Şərin möhürü" (1958) və "Vikinqlər" (1959) filmlərində çəkilmişdir, lakin ona dünya şöhrətini Alfred Hiçkokun "Psixo" (1960) filmində ifa etdiyi Merion Kreyn rolu gətirmişdir. Bu roluna görə Li "Qızıl qlobus" mükafatını qazanmış və "Oskar"a namizəd olmuşdur. Merion Kreyn roluna görə Canet Liyə öz vətənində "Xanım qışqırıq" ləqəbini vermişdilər. Maraqlıdır ki, həmin səhnənin çəkilişindən sonra aktrisa yaşadığı əsəb sarsıntısına görə, uzun illər duşdan uzaq qalmağa çalışıb.

Canet Li 1960-cı illərin ortalarından, demək olar ki, ekranlarda görünmədi. Yalnız "Duman" (1980) və "Hellovin: 20 ildən sonra" (1998) filmlərində öz qızı Ceymi Li Körtislə birlikdə çəkilmişdir.

Canet Li 3 oktyabr 2004-cü ildə ürək tutmasından 77 yaşında vəfat etmişdir.

Mükafatlar və nominasiyalar Canet Li 8 fevral 1960-cı ildən etibarən Hollivud "Şöhrət Xiyabanı"nda ulduza malikdir.

"Oskar" mükafatı 1961 — "Psixo" filmindəki roluna görə Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatına namizəd.

Qızıl qlobus mükafatı 1961 — "Psixo" filmindəki roluna görə Ən yaxşı ikinci plan qadın roluna görə "Qızıl Qlobus" mükafatı

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1947 Rozi Ricin romansı Lissi Enn Makbin1947 Qış gəlsə Effi Brayt1948 Doğma təpələr Margit Mitçell1948 Sözlər və musiqi Doroti Feyner Rocers1949 Qaçaqmalçı necə sərhədi keçdi? 1949 Zorakılıq aktı Edit İnli1949 Kiçik qadınlar Meq1949 Qırmızı Dunay Mariya Bulen1949 Həkim və qız Evelin Heldon1949 Forsayt adlı qadın Cun Forsayt1949 Bayram məsələsi Konni Ennis1951 Ciddi eyib İzabel Perri1951 Naməlum mələklər Cennifer Peyc1951 Brodveyə iki bilet Nensi Peterson1951 Bu böyük ölkədir Roza1952 Məhz bu dəfə Lüsi Dunkan1952 Skaramuş Alin de Qavrillak de Burbon1952 Qorxmaz Fəqan Ebbi Eymes1953 Çılpaq mahmız Lina Petç1953 İnanılmış Konni Konni Bedlo1953 Hudini Bess Hudini1953 Uşağımı evə apararkən Kris Holl1954 Şahzadə Veliant şahzadə Aleta1954 Həyatı puç edərək Uolli Kuk1954 Foluortun qara qalxanı xanım Anna1954 Fırıldaqçı polis Karen Stefenson1955 Pit Kellinin blüzü İvi Konrad1955 Bacım Eylin Eylin Şervud1956 Safari Linda Letem1957 Təyyarəçi Anna Marladovna Şennon1958 Şərin möhürü Süzan Varqas1958 Vikinqlər Morqana1958 Əla ötürmə Viki Loren1960 O qadın kim idi? Enn Vilson1960 Psixo Merion Kreyn1960 Pepe özü1962 Mancur namizəd Yuceni Rouz Çeyni1963 Hələlik, quşcığaz Rozi Deleon1963 Arvadlar və sevgililər Berti Ostin1966 Kid Rodelo Nora1966 Harper Süzan Harper1966 Üç nəfər divanda Elizabet Ekord1966 Amerika arzusu Çerri Makmahon1967 Yaşıl şlyapa üzərindəki casus miss Dayketon1967 Qrand Slem Meri Enn1969 Hey, siz aşağıdasınız! Vivien Miller1972 Bir tənha rəqəmdir Gert Meredit1972 Dovşan bürcünün gecəsi Cerri Bennett1979 Piyada yolu Florens Koen1980 Duman Keti Vilyams1985 Corc Palın kino təxəyyülü dünyası 1998 Hellovin: 20 ildən sonra Norma Uotson2005 Velle Hayın pis qızları miss Uitt

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Ürək çatışmazlığından ölənlər Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:Merseddə doğulanlar Kateqoriya:Beverli-Hillsdə vəfat edənlər Kateqoriya:ABŞ presviterianları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Qızıl Qlobus mükafatına layiq görülmüşlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İrlandəsilli amerikalılar