Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu.
Fəaliyyəti
Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.S. Aşurbəyli – Çirvanşahlar dövləti, Bakı, 2007
Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi.M и н o p c к и й, s.55-56, 71-72, ərəb mətni, §16, s.12, §39, s.23-24 Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü.M и н o p c к и й, s.55-56, 72, ərəb mətni, §16, s.12, §39, s.23-24
Ailəsi Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən, Əbu Mənsur Əli ibn Yəziddən əvvəl onun qardaşı Mənuçöhr ibn Yezidin həyat yoldaşı. Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Qardaşı oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065). Əgər anası Sitt bint Fəzldirsə, Əbu Mənsur Əli ibn Yəzidin ögey oğludur. Qardaşı Qubad ibn Yəzid Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd Qardaşı Salar ibn Yəzid Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
Sikkəsi
Şirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.Пaxoмoв. Moнeтныe клaды, вып.IX, c.63, N52109
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası TarixMüharibəMüttəfiqlərQarşı tərəfYerVəzifəsiNəticə1034-cü ilMənuçöhr ibn Yəzidin qətliSitt bint FəzlMənuçöhr ibn YəzidYezidiyyəşahzadəqələbə, hakimiyyətin ələ keçirilməsi1034-cü ilƏmir ilə müharibəMənsur ibn MüsəddidDərbənd əmirliyiDərbəndŞirvanşahqələbə1035-ci ilDərbəndin itirilməsiMənsur ibn MüsəddidDərbənd əmirliyiDərbəndŞirvanşahməğlubiyyət, sülh1035-ci ilƏbd ül-Məlikin hakimiyyətə gətirilməsiƏbd ül-MəlikDərbənd əmirliyiDərbəndŞirvanşahqələbə
İstinadlar
Həmçinin bax Kəsranilər Azərbaycan tarixi
Kateqoriya:Şirvanşahlar Kateqoriya:Şamaxıda vəfat edənlər