Mahmudbəyov Lətif bəy Əsəd bəy oğlu () — Azərbaycan həkimi, tibb elmləri doktoru (1955), professor (1959).
Həyatı Lətif bəy Mahmudbəyov 1895-ci ildə Şamaxıda doğulub. 1913–1918-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində ali təhsil almışdır.
Quba ali ibtidai məktəbinin həkimi (1.11.1919-dan); Quba mahal həkimi (1919–1920); Bakının müxtəlif xəstəxanalarında həkim; ATİ yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışıb.
1972-ci ildə Bakıda vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar