Bəzi mənbələrdə onun Mədinə dövründə, yaxud əvvəlcə Məkkədə namazın fərz qılındığı zaman, daha sonra isə Mədinədə qiblənin dəyişdirilməsi zamanı olmaqla iki dəfə nazil olduğuna dair rəvayətlərə yer verilsə də, bu rəvayətlər mötəbər hesab edilməmişdir. thumb|right|ٱلۡفَاتِحَةِ Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir.
Mənası Fatihə açmaq, açıqlığa qovuşdurmaq, sıxıntı və məşəqqəti aradan götürmək, başlamaq mənasındakı fəth kökündən törənmiş isim olub, bir şeyin əvvəli, baş tərəfi, başlanğıcı, girişi mənasında işlənir.
Əl-Fatihə surəsi Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et! (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin — (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!Qurani Kərimin Azərbaycan dilinə tərcümə və şərhi, Ağabala Mehdiyev və Dürdanə Cəfərli, Bakı, Nurlar, 2006
Həmçinin bax Quranın surələri Bəqərə surəsi Kovsər surəsi
Xarici keçidlər əl-Fatihə surəsi, mənalarının tərcüməsi (Akademiklər Z. M. Bünyadov və V. M. Məmmədəliyevin tərcüməsi (Nəşrin redaktoru: V. A. Qaradağlı) Fatihə surəsi-quran.az
Mənbə İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə surələr Kateqoriya:Quran Kateqoriya:Məkkə surələri