Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Coğrafi mövqeyi Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir.
Toponimi Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir. Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.
Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb.
Əhalisi 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.
Maarif Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Kateqoriya:Bolnisi bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Borçalı kəndləri