56-cı surə

Əl-Vaqiə (ərəb. الواقعة - Hadisə) — Quranın əlli altıncı surəsi. Məkkədə nazil olmuşdur və 96 ayədən ibarətdir. Hədislərdə vaqiə surəsinin oxunmasının ruzini artırmağa vəsilə olduğu qeyd olunurVAKIA SURESİ OKUNUŞU, Arapça Yazılışı, Türkçe Anlamı ve Meali. İstifadə tarixi: 9 aprel 2026..

Adlandırılması Surənin adı "vaqe olan", "mütləq baş verəcək hadisə" mənasını verir və surənin adı birinci ayəsindən götürülmüşdürQur'ani-Kərimin Azərbaycan dilinə tərcüməsi (Z.M.Bünyadov və Z.M.Məmmədəliyevin tərcüməsi ilə). Yenidən işlənmiş XX nəşr. "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2022, 616 s..

Məzmunu Qiyamətin labüd gəlişi, bu gündə baş verəcək hadisələr və bu gündə insanların üç qrupa bölünməsi səhnəsi ilə başlayırəl-Vaqiə (Vaqiə) surəsi. İstifadə tarixi: 29 mart 2026.. Sonra hər bir zümrəni əməllərindən asılı olaraq nələr gözlədiyi təfərrüatı ilə izah edilir - təqvalılar üçün nemət, onların mövqelərinə uyğun gələnlər və ya kafirlər üçün kafirlər və Allaha asi olduqları üçün cəzalar.

Hadisə (Qiyamət günü) gəldiyi zaman heç kəs onun baş verməsini yalan saymaz. ۝ Alçaldır və ucaldır. ۝ Yer şiddətlə silkələnəndə, ۝ dağlar xırda-xırda parçalandıqda, ۝ sonra da səpələnmiş toz-torpağa çevrildikdə, ۝ siz üç dəstəyə bölünəcəksiniz. ۝ Bəziləri sağ tərəfdə olacaq. Sağ tərəfdə kim olacaq? ۝ Digərləri sol tərəfdə olacaq. Sol tərəfdə kim olacaq? ۝ Elələri də olacaq ki, yaxşılıqda onların hamısından öndə olanlar, Cənnətdə onlardan öndə olacaqlar. ۝ Bunlar sizə yaxın olanlar, ۝ Nəim cənnətlərində məskunlaşacaq şəxslərdir. ۝ Onların çoxu ilk nəsildəndir, ۝ və yalnız bir neçəsi sonuncu nəsildəndir.

— 56:1-14 (Quliyev)

İstinadlar Kateqoriya:Əlifba sırasına görə surələr Kateqoriya:İslam esxatologiyası Kateqoriya:Məkkə surələri