Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Xaruşə oyk, mür. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri