Kür (; , Mtkvari; , Kur; , Kiros; , KuruşAllen, William Edward David. A history of the Georgian people: from the beginning down to the Russian conquest in the nineteenth century , Routledge & Kegan Paul, 1971, p.8. Gachechiladze, Revaz. The New Georgia, TAMU Press, 1996, p.18. ) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.
Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su-elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.
Etimologiyası Kürün adı, Əhəmənilər İmperiyasının imperatoru olmuş II Kirin adı ilə bağlıdır. Bu hidronimin adını Kür formasında ilk dəfə Strabon (I əsr) çəkmişdir (Strabon, XI, 2). Lakin e.ə. VIII əsrə aid Urartu mənbəsində Kuriaini adlı ölkənin adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisindəki Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar.Мешшанинов И. А. Предположительные сведения о движении халдов в пределах Азербайджана. Известия Азербайджанского Археологического Комитета. 1926, III, c.36; Меликишвили Г. А. Урартские клинообразные надписи, с.438 Əgər bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi e.ə. VIII əsrdə aiddir.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Azərbaycanda bu adın mənası haqqında iki fikir söylənilmişdir. A. Axundov onu Udi dilindəki kur — "Çay",Axundov A. Kür sözünün etimologiyasına dair. "S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin əsərləri", 1956, № 3 K. H. Əliyev isə qrız dilində kur -"çay"Алиев К. Г. О названии реки Кура. "Доклады АН Азерб. ССР". 1959, № 4. sözləri anlamına gəlir
Kür çayının gürcü dilindəki adı olan Mt'k'vari (qədim gürcü dilində Mt'k'uari) sözü gürcü dilindəki "yaxşı su" yaxud meqrel dilinin gürcüləşmiş variantı tkvar-ua, yəni "dağları yarıb keçən çay" mənasını verir.Pospelov, E. M. Geograficheskie nazvaniya mira (Moskva, 1998), p. 231. Kür yaxud Kura adı ilk dəfə ruslar və daha sonra avropalılar tərəfindən istifadə olunmağa başlandı. Avropa sərhədlərinin bəzi təyinatlarında Kür çayı Avropa ilə Asiyanın sərhədi kimi göstərilir.
Axını Kür çayı Türkiyə ərazisindəki Allahuekber dağının şimal-şərq yamacından, 2740 m hündürlükdən başlanır. Sonra qərbə doğru, Ardahandan şimala və şərqə axır və Gürcüstana keçir. Şimal-qərbdə, daha sonra Akhaltsikhe yaxınlığında bir kanyona yayılır, buradan başlayaraq şimal-şərqə təxminən 75 km məsafədə Xaşuri yaxınlığında dağlarda dərəyə axır. Daha sonra şərqə doğru axır və təxminən 120 kilometr məsafədə şərq-cənub-şərqdən axmağa başlayır, Qorini keçir və sonra Mtsxeta yaxınlığında, qısa bir kanyondan cənuba və regiondakı ən böyük şəhər olan Tiflisin qərb tərəfi boyunca axır. Çay dərin axınlarla cənub-şərqdən Rustaviyə axır və Xrami çayı ilə qovuşmasından sonra şərqə doğru dönür, Gürcüstan-Azərbaycan xəttini keçərək otlaq sahələri arasında Şəmkir su anbarına və sonra Yenikənd su anbarına axır. Daha sonra Kür Azərbaycanda ən böyük su hövzəsi olan Mingəçevir su anbarına axır və Bərdə rayonundan bir neçə yüz kilometr boyunca geniş bir suvarılan düzənliyə doğru davam edir, Sarısu gölünün yaxınlığında şərqə dönür və bir qədər sonra Sabirabad şəhərində Suqovuşan adlanan yerdə ən böyük qolu olan Arazı ilə birləşir. Sonra cənuba doğru 60 km axan çay Neftçala ərazisində Xəzər dənizinə tökülür.
Hövzəsi right|350px|thumb|Kür çayı hövzəsi Kür Gürcüstanın ərazisindən keçərək Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür. Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Kür çayının ümumi uzunluğu 1515 km-dir. Onun 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.
Azərbaycan ərazisindəki Qanıxçay, Qabırrıçay, Türyançay, Ağstafaçay, Tovuzçay, Zəyəmçay, Şəmkirçay, Tərtərçay, Xaçınçay və s. çaylar Kür hövzəsinin çaylardır.
İqtisadi əhəmiyyət Kür çayı sahilində yerləşən şəhərlər: Borjomi, Qori, Mtsxeta, Tiflis, Rustavi, Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan, Neftçala. Çayın deltasında uzunburun, ağ balıq, nərə, ilanbalığı və başqa balıqlar ovlanır. Sovet vaxtında çayın Tiflisə qədər olan hissəsi yuxarı ərazilərdən meşə materiallarının axıntı boyunca daşınmasında istifadə olunurdu. Çay Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd su bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Bundan başqa, Azərbaycan ərazisində Kürün suyu suvarma üçün intensiv şəkildə istifadə olunur. İntensiv suvarma Kürün səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Ekoloji vəziyyəti Kür çayına əvvəlcə Gürcüstanın Axalsixe, Borjomi, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 milyon m³ –ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır. Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır. Tbilisidə olan 30-dan çox küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin ("Elektroaparat", "Dəzgahqayırma", "Baxtrioni", "Kruanisi", "Ekran" Dimitrov adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, sabitləşdirmə zavodları, bir çox başqa sənaye müəssisələri, avtomobil parkları və xəstəxanalar) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. Tbilisi daxilində sutkada daha 1 mln. m³ çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min kub metrlərlə sənaye və təsərrüfat-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir.Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri. Bakı 2006
Həmçinin bax Azərbaycan çayları
Kür hövzəsinin şəkilləri
İstinadlar
Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Gürcüstan çayları Kateqoriya:Türkiyə çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar