Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir.
Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb
1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib5216 sayılı büyükşehir kanunu Arxivləşdirilib. İstifadə tarixi: 2015–10–19 və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.
31 dekabr 2022-ci il tarixinə olan rəsmi hesablamalara görə 2.274.106 əhalisi ilə Türkiyənin altıncı ən sıx əyalətidir. Əyalətin inzibati mərkəzi əyalət sakinlərinin 78,25%-nin yaşadığı Adana şəhəridir. O, həmçinin digər Kilikiya əyalətləri olan Mersin, Osmaniye və (şimal) Hatay ilə sıx əlaqələrə malikdir.
Etimologiyası Bir çox mənbələrə əsasən Adana toponimi e.ə. XVI–XIV əsrlərdə Hett imperatorluğu dövründə Kiçik Asiyada mövcud olmuş Kizzuvata krallığına aid Adanya adlı şəhərin adından yaranıb. Digər mənbələrə əsasən isə Adana ilinin adı bir qədər mifologiyaya dayanır. Belə ki, Bizanslı Etienin qeydlərinə görə, şəhər Göy tanrısı Uranın iki oğlu "Adan" və "Sar" Tarsus xalqı ilə müharibələrdən sonra Adanın şərəfinə Adania adlandırılıb. E.ə. 1650-ci ildə Boğazkənd yazılarında "Uru Adania" olaraq qeyd edilir.
E.ə. VIII əsrdə yaşamış yunan mütəfəkkiri Homerin "İlliada" poemasında şəhərin adı "Adana" kimi xatırladılır. Adana adı müxtəlif məktublarda Erdene, Edene, Ezene, Azana və Batana şəklində yazılıb. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə (II cild) qədim türk dillərində adana/adına/aduna toponiminin "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənildiyinə əsasən Türkiyədəki Adana adlı şəhərin adının da, "ilxısı olan, at saxlanılan yer" kimi izah olunması barədə mülahizələr irəli sürülüb.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild. Bakı,2007,
Tarixi
Qədim dövr Arxeoloji araşdırmalar nəticəsində əldə olunan məlumatlara əsasən Çukurova bölgəsində qədim dövrlərdən yaşayışın mövcud olduğu təsdiqlənib. Çukurovanın müəyyən edilmiş tarixi Kizuvatna Krallığı ilə başlayır. Bununla bağlı Xet dövlətinə aid kitablarda məlumatlar var. Kizuvatna Krallığı, E.ə. 1335-ci ildə Xetlərin himayəsinə daxil olub.Seton LLoyd: Türkiye'nin Tarihi (çeviren Ender Verinlioğlu) Tubitak yayınları, sf 35–40 Het dövləti E.ə. 1191-1189-cu illərdə qərbdən gələn axınlar nəticəsində süqut etmiş və parçalanıb. Xetlərdən sonra bölgədə hakimiyyəti yeni yaranmış Kue Krallığı ələ keçirib. E.ə. IX əsrdə Assuriya, Kilikiya çarlığı, E.ə. VI əsrdə Əhəmənilər İmperiyası, E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin İmperiyası, E.ə. 323-cü ildə Selevkilər İmperiyası, Çukurova dəniz quldurları, E.ə. 66-cı ildə Roma İmperiyası bölgədə hakimiyyəti ələ alıblar. Roma dövründə Çukurova və Adananın inkişaf etdiyi ehtimal edilir. Çünki burada inşa edilən böyük körpülər, yollar, su kanalları Adana və Çukurovanın inkişafına və önəmli bir ticarət mərkəzi olmasına şərait yaradıb. Roma İmperiyasının parçalanması ilə Qədim dövr sona çatıb.Adana ili tarihi Adana Büyükşehir Belediyesi (adana-bld.gov.tr). İstifadə tarixi:2015–10–11Adana ili tarihi Yerel Yönetimler Portalı (yerelnet.org.tr). İstifadə tarixi:2015–10–11
III–XVI əsrlər left|thumb|275px|Adana 1921-ci ildə Roma və Bizans dövründə inkişaf edən, bölgədə əhəmiyyətli bir ticarət mərkəzinə çevrilən Adana, 704-cü ildə Əməvilər xilafəti tərəfindən işğal edilir. Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən qədim Adana qalası bərpa olunub. IX əsrdə Adana bölgənin mədəniyyət və ticarət mərkəzinə çevrilmişdi. IX əsrdə bölgənin idarəsi Yazman adlı türk sərkərdənin əlində idi və o bölgəni bəzən müstəqil idarə edirdi. Daha sonralar Misirdəki Tulunilər sülaləsi bölgəni ələ keçirdi. Bizans dövləti Abbasilərin zəifləməsindən istifadə edib X əsrdə bölgəni işğal edir. 1071-ci ildə Səlcuq sultanı Alparslan Malazgird döyüşündə Bizanslıları darmadağın etdi və bölgəni ələ keçirdi. Səlcuqluların dövründə Çukurovanın şərqinə türklər köçməyə başladı. 1097-ci ildə Səlib yürüşləri ilə Adanada Səlcuqluların hakimiyyəti sona çatdı. XIV əsrdə Misir Məmlük Sultanlığı bölgəni ələ keçirdi və bölgəyə çoxlu sayda türkmənləri köçürdü. 1352-ci ildə bölgədə Yüreğir boyundan olan Ramazan bəy Yüreğir paytaxtı Adana olan Ramazanoğulları bəyliyinin əsasını qoydu. Ramazanoğulları dövründə Adana inkişaf edir, yeni məscidlər, saraylar tikilirdi.Գեղունի: Illustration Arménienne. Imprimerie arménienne St. Lazare (Venise), 1909, S. 13 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir yürüşündə Ramazanoğulları bəyliyi Osmanlıların hakimiyyətini qəbul etdiNaci Kum, "Ramazanoğulları Tarihi ve Adana Şehrindeki Eserleri", Görüşler, sy. 35, Adana 1941, s. 6–8, 22–23 və 1608-ci ilə qədər onlara bölgəni idarə etmək icazəsi verildi.Enver Kartekin, "Ramazanoğulları Beyliği Tarihi", İstanbul 1979.
XVII–XIX əsrlər Adana 1672-ci ildə Osmanlı imperiyasına qarşı Misirdə üsyan qaldırmış Kavalalı Mehmed Əli Paşa tərəfindən ələ keçirildi və Misir Ordusunun qərargahı olaraq istifadə edildi. 1840-cı ildə ilin ərazisi London müqaviləsinə əsasən Osmanlılara geri qaytarıldı. 1867-ci ildə ərazi yeni yaradılmış Adana vilayətinə daxil edildi. 1886-cı ildə Mersin-Adana dəmiryolunun istifadəyə verilməsi ilə Adanada iqtisadi həyat dirçəlməyə başladı. 1909-cu ildə Erməni üsyançılar şəhərdə fəallaşsalar da qısa müddətdə üsyanlar yatırıldı. Birinci Dünya müharibəsi dövründə Tavr və Gavurdağı tunelləri və Bağdad dəmiryolu ilə şəhər İstanbul və Suriya arasında körpü rolunu oynayırdı.
Şəhərin işğalı və azad edilməsi Osmanlı dövlətinin ağır məğlubiyyətlə çıxdığı Birinci Dünya müharibəsindən sonra ölkə ərazisi parçalanıb, torpaqları işğal edilmişdi. Mudros barışı ilə Osmanlı dövləti imperiya torpaqlarını Avropa ölkələrinə buraxaraq geri çəkilmişdi. 31 oktyabr 1918-ci ildə Mustafa Kamal Atatürk alman komandan Liman Ven Sandersin tabeliyindəki ordunun rəhbərliyini ələ almaq üçün Adanaya gəldi. 23 noyabr 1918-ci ildə İstanbul hökuməti Adana əhalisindən şəhərin boşaldılmasını istəmiş ancaq yerli əhali buna etirazını bildirmişdi. 24 dekabr 1918-ci ildə Mersin limanından Çukurova bölgəsinə daxil olan işğalçılar Adananı işğal edirlər. Bundan sonra Adana və ətrafına erməni ailələri köçürüldü. right|thumb|275px 1918–1919-cu illərdə Adana ilində teror hökm sürürdü. Abdiağa fermasında baş verən hadisələr, şəhərdə baş verən cinayətlər, Daşkörpüdə türklərin çarmıxa çəkilməsi və işgəncəyə məruz qalması yerli xalqın yaddaşında silinməz izlər buraxmışdı. Terrorizmin hakim olduğu Adana və ətraf bölgələrində təşkilatlanmalar başladı. Türklər Kilikiya Milli Qüvvələr Təşkilatı yaratdı. 1920-ci ilin fevralından etibarən KMQT qüvvələri düşmən üzərində qələbələr əldə edərək dirəniş hərəkatını daha da çoşdururdu. 1920-ci ildə Tavr dağlarından Fransızlara hücumlar başladıldı. 27 may 1920-ci ildə Fransız komandan Mehil əsir alındı. "Karboğazı hadisəsi" adlanan hadisə Kuvayi Milliyənin ilk siyasi qələbəsi idi. 28 may 1920-ci ildə Fransızlar Mersin-Adana xəttinə geri çəkilmiş və Şimali Çukurova bölgəsini tamamilə tərk etmişdilər. 10 iyun 1920-ci ildə ermənilər türklərə qarşı şiddətli soyqırım həyata keçirdilər. Nəticədə çoxlu sayda türk Tavr dağlarına doğru qaçdı.Ahmet Cevdet ÇAMURDAN, Doğu Kilikya Olayları, İstanbul-197 5 avqust 1920-ci ildə Mustafa Kamal paşa, Fevzi bəy və millət vəkilləri Pozantıda konqresə toplaşdılar. 20 oktyabr 1921-ci ildə Ankarada Fransa Türkiyə ilə sülh müqaviləsi bağladı Hacettepe Üniversitesi, TÜRKİYE BÜYÜK MİLLET MECLİSİ’NİN AÇILMASI VE YENİ TÜRK DEVLETİNİN DOĞUŞU, sayfa 7 İstifadə tarixi: 2015–10–12 və TBMM hökumətini rəsmən tanımalı oldu. 5 yanvar 1922-ci ildə Fransızlar Çukurovadan gətirdikləri ermənilərlə birgə tamamilə çıxıb getdilər.
Coğrafiyası
Coğrafi quruluşu Adananın coğrafi quruluşu əsasən iki hissədən ibarətdir: dağlıq və düzənlik.
İlin şimal-qərbi, şimalı və şimal-şərq hissələrində Orta Tavr dağları yerləşir. Şərq sərhəddi Tavr dağ sisteminə daxil olan Amanoslarda dayanır. Orta Tavr dağları 3 hissəyə bölünür. Bunlar qərbdən başlayaraq Bolkar dağları (ən yüksək zirvəsi Gavur dağı 3337 m), Aladağları (ən yüksək zirvəsi Demirkazık dağı 3756 m) və Taxtalı dağlarıdır. Orta Tavr dağlarının şimal-şərqindən uzanan Binboğa dağları Adana ilindən çıxaraq Qəhrəmanmaraş ilinə doğru uzanır.
Adana düzənliyi adlanan hövzənin bir hissəsi Çukurova düzənliyi, şimal hissəsinə isə Anavarza düzənliyidir. İki düzənliyi Misis dağları ayırır. Misis dağlarının ən yüksək zirvəsi Cebelinur dağıdır ki, hündürlüyü 770 m-dir.Adana ili coğrafiyası Çukurova Üniversitesi. İstifadə tarixi: 2015–10–11
Çayları və gölləri Seyhan və Ceyhan çayları Adana ilindən axır. Uzunluğu 560 km olan Seyhan çayı şimalda Tavr dağlarından Zamantı suyu adı ilə başlayar və Göksü ilə Seyhan adında birləşir və qərbdə Dəli burnundan dənizə tökülür.
509 km uzunluğundakı Ceyhan çayı Adana və Aralıq dənizi regionunda böyüklüyünə görə ikincidir. Əlbistanının şimalındakı dağlardan başlayır. Ceyhan çayı əvvəllər Seyhan çayı kimi Karataşın qərbindən dənizə tökülürdü. Ancaq müasir dövrdə çay məcrasını dəyişmiş və Bebeli boğazını yarıb İsgəndərun körfəzinə tökülür. Seyhan çayı Baraj gölündən başqa cənuba Ağyatan, Ağyayan, Tuzlagölü kimi bir neçə sahil gölü və Aladağlarındakı Yeddi göllər adlı kiçik buzlaq göllər yaradır.
İqlimi Adana Aralıq dənizi iqlim tipi hakimdir. Yaz ayları isti və quraq, qış ayları sərin və yağışlı keçir. Orta yağıntıı miqdarı 625 mm-dir. İlik təqribən 74 günü yağışlı keçir. Yağışlar ən çox qış aylarında, ən az isə yaz aylarında yağır. Ən soyuq ay Yanvar, ən isti ay Avqust ayıdır. Belə ki, yanvarda təxmini 9 C° isti, avqustda isə 28 C° isti olur. İqlim göstəriciləriAylar Yan Fev Mart Apr May İyun İyul Avq Sen Okt Noy DekOrta temperatur (°C) 9,6 10,5 13,6 17,6 21,8 25,7 28,2 28,5 26,1 21,6 15,4 10,9Maksimum temperatur °C 15,1 16,2 19,6 23,8 28,2 31,7 33,7 34,4 33,1 29,1 22,2 16,7Minium temperatur °C 5,4 6,1 8,6 12,3 16,1 20,2 23,6 23,8 20,8 16,3 10,7 6,9Günəşli saatlar (saat) 4,7 5,2 5,8 6,9 9,1 10,5 10,6 10,2 8,8 7,2 5,7 4,5Yağışlı günlərin sayı 9,7 9,9 10,0 9,9 6,5 3,4 1,9 1,8 3,2 5,7 7,8 10,6Mənbə:
Əhalisi Adana ilinin 2014-cü il statistikasına görə əhalinin sayı 2 165 595 nəfərdir Adana’nın Nüfusu 2 Milyon 165 Bin 595 Oldu Milliyet.com.tr İstifadə tarixi: 2015–10–11. Bu əhalinin 1 082 497 nəfəri kişi (49,99%), 1 083 098 nəfəri qadındır (50,01%). Son 5 ilin statistik göstəricilərinə görə Adana ilinin əhalisi artmaqda davam edir. 2010-cu ildə 2 085 225 nəfər, 2013-cü ildə isə 2 149 260 nəfər. 2013-cü ilə nisbətən 2014-cü ildə rayon əhalisi 0, 76% artmışdır. Ən çox əhali Seyhan ilçəsində (779 232 nəfər), ən az isə Saimbəyli ilçəsində (16 000 nəfər) yaşayır.Adana nüfusu nufusu.com. İstifadə tarixi:2015–10–11Yıllara göre il nüfusu Türkiye İstatistik Kurumu. İstifadə tarixi: 2015–10–11