Teymur (; ) — türk-monqol sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

Adı və şəxsiyyəti

Teymurun adı Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə GürkanSultanov T. İ., Ağ düşərgədə yüksəliş. Çingiz xanın xələfləri. Almatı: Dayk-press, 2001, s.97 () titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdiİbn Ərəbşah. Əmir Teymurun tarixi. T., 2007.

Müxtəlif fars mənbələrində tez-tez Teymur Ləng () yəni "Topal Teymur" adına rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə olunub. Bu söz sonradan qərb dillərində müxtəlif formalarda yayılır (Tamerlan, Tamerlane, Tamburlaine, Timur Lenk). Rus dilinə də keçən bu söz (Тамерлан) öz ilkin kökündən fərqli olaraq heç bir neqativ çalara malik deyil və "Teymur" sözü ilə yanaşı işlədilir.

Teymurun şəxsiyyəti thumb||right|Teymur Səmərqənddə məclislərin birində Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksəkrütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı).

Teymur alimlər ilə söhbət etməyi, xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymur özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri İbn Xəldunu çox təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı.

Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir.

Teymur başlıca olaraq özünün doğma şəhəri Mavəraünnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şəhrisəbz), Buxara və sərhədyanı Türküstan şəhərlərini yenidən qurmaq üçün oralara göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq"..

Həyatı

Uşaqlıq və gənclik Teymur 1336-cı ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şəhrisəbz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.

Onun uşaqlıq və gənclik illəri Keşi dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at çapmağı, nizə tullamağı, ox atmağı və qılınc oynatmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib.

Hakimiyyəti Əmir Teymur 1336-cı ildə Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. Bu bölgə 1300-cü illərdə monqol hakimiyyəti altında idi. Həmin dövrdə türklərlə monqolların birlikdə yaşadığı və qaynayıb qarışdığı sosial mühit mövcud idi. Bu quruluşun bir təzahürü olaraq onsuz da türk mədəniyyətindən çox təsirlənmiş olan monqollar bölgədəki mənəvi mühitin də təsiri ilə İslamı qəbul etməyə başlamışdılar. Teymurun mənsub olduğu tayfa da bu mühitdən təsirlənmişdi.

İlk illəri və Mavəraünnəhrin tabe edilməsi thumb|left|Əmir Teymur Bəlx döyüşündə (1370). Mirxvənd Ravzat əl-Səfa tərəfindən çəkilmişdir. Britaniya kitabxanasında saxlanılır. … Çingiz xanın nəvəsi Tuğluq TeymurƏslində isə Tuğluq Teymur xan Çingiz xanın nəvəsi deyil, ümumiyyətlə, törəmələrindən biri hesab olunur. Mavəraünnəhr məmləkətini ələ keçirmək məqsədilə qoşun çəkib, Xocənd suyundanSırdərya çayının orta əsrlərdəki adlarından biri adlayıb keçərkən mənim, Əmir Hacı Bərlasın və Əmir Bəyazid Cəlayirinin adımıza yarlıq göndərərək tələb etmişdi ki, hüzuruna gələk. Əmir Hacı Bərlasla Əmir Bəyazid məndən məsləhət istədilər ki, öz uluslarından keçib Xorasana getsinlər, yoxsa Tuğluq Teymur xanın hüzuruna yollansınlar? Mən onlara belə yol göstərdim: Tuğluq Teymur xanın hüzuruna getsəniz, iki fayda, bir ziyan gözlənilir, Xorasan tərəfə keçib getməyin isə iki ziyan, bir faydası vardır. Onlar mənim məsləhətimə əhəmiyyət verməyərək öz yurdlarının içindən keçib Xorasan tərəfə yollandılar. Mən də çaşbaş qaldım, bilmədim Xorasana getsəm yaxşıdır, yoxsa Tuğluq Teymur xanın yanına. İki fikir arasında qaldım. Vəziyyəti belə görəndə piriməBurada Zeynəddin Əbubəkr Təibadi nəzərdə tutulur. O, məşhur şeyx olmuş və Əmir Teymura məsləhətçilik etmişdir. 1389-cu ildə vəfat etmişdi. məktub göndərib ondan məsləhət istədim. O, bu məzmunda cavab yazıb mənə yolladı: "Dördüncü xəlifə Həzrəti Əli ibn Əbu Talibdən (ona Tanrının kərəmi və mərhəməti olsun) bir adam soruşub ki, göylər kaman, Yer üzü kaman kirişi, olaylar, bəlalar, müsibətlər ox, insanlar da həmin yay-oxa hədəf olsalar, oxu atan isə Allah-Təalə olsa (onun qüdrəti daha da ulu olsun) adamlar hansı tərəfə qaçmalıdır? Xəlifə cavab verir ki, adamlar Tanrının qənşərinə qaçmalıdır. Buna oxşar olaraq sən də Tuğluq Teymur xanın qarşısına yürüş elə və bu yay-oxunu çəkib əlindən al". Bu cavab mənə çatan kimi könlüm qanad açdı və Tuğluq Teymur xanın qabağına getmək qərarına gəldim. … Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 11."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 11. Teymur gənc yaşlarında olarkən Şərqi Türküstanda hökm sürən İli monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getməmiş və Tuğluq Teymura tabe olduğunu bildirmişdi."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 12. Qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilmişdi.

Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya vermiş"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 14., Teymuru da onun xidmətinə təyin etmişdi."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 15. İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazağanın nəvəsi Əmir Hüseynin"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 36. yanına getdi. Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıbCastin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 20., Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər. Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olmuşdur.İsmail Aka (2010). Timurlular Devleti Tarihi. Berikan Yayınevi. ISBN 975-2673-07-6."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 25.

Yaraları sağaldıqdan sonra Teymur Hüseynlə birlikdə yenidən Mavəraünnəhrə gələrək Tirmiz, Bəlx və Keş şəhərlərini İlyas Xocanın adamlarının əlindən alıb özünü də məğlub etdikdən sonra qurultay toplayıb Tuva xanın nəvələrindən Qabilşah Oğlanı xan elan etdilər. Teymur Hüseynlə birlikdə uzun çəkən mübarizədən sonra Mavəraünnəhrə hakim oldular. Bu iki dost arasında Hüseynin bacısı Ulcay Türkan ağanın Teymurla evlənməsi səbəbindən qohumluq əlaqələri də yaranmışdı. Ancaq 1365-ci ildən sonra araları getdikcə soyumağa başladı. Teymurla Hüseyn arasında Mavəraünnəhrdə hakimiyyət qurmaq uğrunda mübarizə gedirdi."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 45. Əmir Hüseyn Adil xanın adına hərəkət edirdi. Teymur da buna qarşılıq olaraq Çingizlilər nəslindən Suyurqatmış xanı taxta çıxararaq Əmir Hüseynin üstünə getdi. 1370-ci ildə Bəlx şəhərində müharisəyə alınan Əmir Hüseyn tutuldu"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 57. və Xutallan hakimi Əmir Keyxosrovun qardaşını öldürdüyünə"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 56. görə öldürüldü. Bundan sonra Teymur bütün Mavəraünnəhrə hakim oldu. Əmir Hüseynin hərəmxanası və xəzinələri Teymurun əlinə keçdi. Əmir Hüseynin hərəmxanasından özünə seçdiyi xanımlar arasında Qazan Sultanın qızı Saray Mülk xanım da vardı. Məhz bu evlilikdən sonra Saray Mülk xanım xan qızı olduğuna görə Teymur özünə xan ailəsinin kürəkəni olduğunu bildirən Gürkan titulunu götürmüşdü.

Əmir Teymurun Xarəzmə yürüşü thumb|Əmir Teymurun ordusu. Kəmaləddin Behzad tərəfindən çəkilmişdir. XVI əsr Şimal və Qərbi Xarəzm Cuçi ulusuna, Qat və Xivə isə Çağatay ulusuna aid idi. Əmir Teymur da Çingizlilər soyundan gələn Suyurqatmış xanı taxta çıxardıqdan sonra dövləti Çağatay xanədanının adından idarə edirdi. Əmir Teymuru Konqurat oymağından Tenqüdeyin oğullarının əlində olan Xarəzm bölgəsinin ən böyük şəhərləri, Qat və Xivə maraqlandırırdı. Əmir Teymur oraya nəzarət edən Hüseyn Sufiyə elçi göndərərək bu iki şəhərin Çağatay xana aid olduğunu və bu səbəbdən oraların təhvil verilməsini istədi. Hüseyn Sufi isə cavabında bu yerləri qılıncla aldığını və kiminsə ondan bu yerləri ancaq qılıncla geri ala biləcəyini bildirdi. Bundan sonra Əmir Teymur bölgəyə qoşun yeritdi. Qat ələ keçirildi və ətraf ərazilər qarət olundu. Xarəzm mühasirəyə alındı, amma Hüseyn Sufinin mühasirə zamanı öldüyü və yerinə qardaşı Yusif Sufinin keçməsi xəbərindən sonra sülh əldə olundu.