Şəhər bağında xalq gəzintisi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.

Məzmunu Müşahidə manerasında lentə alınmış bu kinosüjetdə Bakıdakı Mixaylov bağında (indiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Kinolent xronikal informasiya janrına aiddir. Burada müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş, tamaşaçılarda Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvür yaradılmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Film haqqında Kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Filmin heyəti

Filmin üzərində işləyənlər Rejissor: Aleksandr MişonZümrüd. 117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür //Səs.- 2015.- 1 avqust.- S.12. Operator: Aleksandr Mişon

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Kateqoriya:1898-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Azərbaycan sənədli filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Azərbaycanın səssiz filmləri Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri